Dünyanın yeni növ koronavirusla mübarizәsi davam edir

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı 2 milyon 419 min 662-ni keçib.

1584466
Dünyanın yeni növ koronavirusla mübarizәsi davam edir
koronavirüs2.jpg

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı 2 milyon 420 min 510-u, infeksiyaya yoluxanların sayı 109 milyon 744 mini, virusdan müalicә olunaraq sağalanların sayı da 84  milyon 306 mini keçib.

İranda koronavirusda son 24 saat әrzindә 89 nәfәr hәyatını itirib, 8 min 11 yeni yoluxma faktıqeydә alınıb. Bunlardan 690 nәfәri xәstәxanalarda müalicә alır. Bununla da ölkәdә epidemiya qurbanlarının sayı 59 min 117, yoluxma sayı isә bir milyon 534 min 34 nәfәrә çıxıb.

İnsan itkisinin 498 min 203 olduğu epidemiyanın mərkəzi olan ABŞ-da yoluxmaların sayı isə 28 milyon 317 mini keçib. Ölkədə "Covid-19"a bənzər genetikaya sahib, narahatlıq doğuran 7 fərqli mutasiyanın ortaya çıxmağa başladığı iddia edilib. ABŞ-da Federal hökumətin alaraq ştatlara payladığı milyonlarla yeni növ koronavirus sürətli test dəsti istifadə edilməyərək, gözlədildiyi ortaya çıxıb.

Braziliya Səhiyyə Nazirliyinin məlumatlarına görə, son 24 saat ərzində 528 nəfərin ölümü ilə pandemiya qurbanlarının sayı 239 min 773-ə, 32 min 197 yeni yoluxmanın aşkarlanması ilə yoluxma sayı 9 milyon 866 min 710-a çıxıb.
İngiltərədə son 24 saat ərzində virus səbəbiylə 230 ölüm, 9 min 765 yeni yoluxma faktının qeydə  alınması ilə ölkədə ölənlərin sayı 117 min 396, viyoluxmaların sayı isə 4 milyon 47 min 843-ə yüksəlib.

İtaliyada epidemiya qurlanlarının sayı son 24 saat ərzində 258 nəfərin ölümü ilə 93 min 835-ə yüksəlib. Yoluxmaların sayı 7 min 351 artaraq 2 milyon 729 min 223 nəfərə çatıb.

Fransada "Covid-19" səbəbiylə son 24 saat ərzində 412 nəfər həlak olub, bununla da virus qurbanlarının sayı 82 ​​min 226 olub. Bir gündə 4 min 376 yeni yoluxmanın qeydə alınması ilə yoluxmaların sayı 3 milyon 469 min 539-a yüksəlib.

İspaniyada "Covid-19"dan son 24 saat ərzində 234 nəfərin ölümü ilə, insan itkisi 65 min 449-a çıxıb. Müvafiq dövrdə yoluxmaların sayı 11 min 942 yeni yoluxmanın qeydə alınması ilə yoluxmaların sayı milyon 86 min 286-ya yüksəlib.

Rusiyada epidemiya səbəbiylə insan itkisi bir gün ərzində 459 artımla 80 min 979 olub. Müvafiq dövrdə ölkədə yoluxma sayı 13 min 233 artaraq 4 milyon 99 minə çatıb.

Hindistanda epidemiya qurbanlarının sayı 155 min 840-a, yoluxma sayı isə 10 milyon 925 min 710-a yüksəlib.

Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətində "Covid-19"a qarşı 15 yanvarda başladılan peyvənd proqramı fasiləsiz davam edir. Proqram çərçivəsində səhiyyə işçiləri, 65 yaşdan yuxarı vətəndaşlar, qocalar evi sakinləri və işçilərinin ilk peyvəndinə başlarkən, ikinci doza vaksin vurulma prosesi də davam edir.

İşğal və blokada altındakı Fələstin ərazilərində epidemiya səbəbiylə 537-si Qəzza zolağında olmaqla 2 min 133 nəfər həlak olub, 53 min 593-ü Qəzza zolağında olmaqla 109 min 316 yoluxma qeydə alınıb. Digər tərəfdən, Fələstinin Səhiyyə naziri Mey Keyle göndərdikləri yeni koronavirus peyvəndlərinin İsrail səlahiyyətliləri tərəfindən müsasirədə saxlanılan Qəzza zolağına daxil olmasına girməsinə icazə verilmədiyini bildirib.



Әlaqәli Xәbәrlәr