Dünyada koronavirusla bağlı son vәziyyәt

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı 2 milyon 311 mini,  infeksiyaya yoluxanların sayı 106 milyon 3 mini, virusdan müalicә olunaraq sağalanların sayı da 77  milyon 643 mini keçib.

1578324
Dünyada koronavirusla bağlı son vәziyyәt

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı 2 milyon 311 mini,  infeksiyaya yoluxanların sayı 105  milyon 3 mini, virusdan müalicә olunaraq sağalanların sayı da 77  milyon 643 mini keçib.

Epidemiyanın mәrkәzinә çevrilәn Amerika Birlәşmiş Ştatlarında koronavirusdan ölәnlәrin sayı 470 min 705 nәfәrә, infeksiyaya yoluxanların sayı da 27 milyon 407 min nәfәrә yüksәlib.

Braziliyada koronavirus qurbanlarının sayı 230 min 127 nәfәrә, virusa yoluxanların sayı da 9 milyon 449 min nәfәrә çatıb.

Meksikada virusdan ölәnlәrin sayı 164 min 290-a, infeksiyaya yoluxanların sayı da 1 milyon 912-yә yüksәlib.

İngiltәrәdә epidemiyadan vәfat edәnlәrin sayı 111 min 264 minә, infeksiyaya yoluxanların sayı da 3 milyon 911 minә çatıb.

İtaliyada epidemiyadan ölәnlәrin sayı 90 min 618 minә, virusa yoluxanların sayı da 2 milyon 611 minә yüksәlib.Ölkәdә vaksinasiya prosesi dekabrın 27-dә başlamışdı. İndiyәdәk ölkәdә 2 milyon 377 min 520 nәfәrә vaksin tәtbiq olunub.

Fransada koronavirus qurbanlarının sayı 78 min 603 nәfәrә, infeksiyaya yoluxanların sayı da 3 milyon 296 min nәfәrә çatıb. Ölkәdә indiyәdәk 1 milyon 772 min 602 nәfәrә koronavirus әleyhinә vaksin tәtbiq olunub.

İspaniyada koronavirusdan ölәnlәrin sayı 61 mini, infeksiyaya yoluxanların sayı da 2 milyon 900 mini keçib.

Almaniyada virusdan hәyatını itirәnlәrin sayı 61 mini, virusa yoluxanların sayı da 2 milyon 200 mini keçib.

Belçikada virusdan ölәnlәrin sayı 21 mini, epidemiyaya yoluxanların sayı da 700 mini keçib.

Portuqaliya Sәhiyyә Nazirliyinin mәlumatına görә, ölkәdә virusdan hәyatını itirәnlәrin sayı gün әrzindә 258 artaraq 13 min 740-a, infeksiyaya yoluxanların sayı da 6 min 916 artaraq 755 min 774-ә yüksәlib.

Yunanıstanda koronavirusdan ölәnlәrin sayı 19 artaraq 5 min 922 nәfәrә, infeksiyaya yoluxanların sayı da 1195 artaraq 162 min 107 nәfәrә yüksәlib.

Slovakiyada virusdan hәyatını itirәnlәrin sayı gün әrzindә  74 artaraq 5 min 50 nәfәrә, virusa yoluxanların sayı da 2 min 630 artaraq 259 min 533 nәfәrә çatıb.

Kolumbiyada koronavirusdan ölәnlәrin sayı 55 min 403-ә, Argentinada 48 min 985-ә, Peruda 41 min 933-ә, Polşada 38 min 994-ә, Ukraynada 23 min 516-ya, Kanadada 20 min 609-a, Çilidә 18 min 808-ә, Rumıniyada 18 min 748-ә, Çexiyada 17 min 129-a, Hollandiyada 14 min 294-ә, İsveçdә 12 min 115-ә vә  İsveçrәdә 9 min 584-ә yüksәlib.

Şәrq ölkәlәrindә isә vәziyyәt belәdir:

Hindistanda epidemiya sәbәbindәn hәyatını itirәnlәrin sayı 154 min 956-ya, infeksiyaya yoluxanların sayı da 10 milyon 815-ә çatıb.

Rusiyada koronavirus qurbanlarının sayı gün әrzindә 497 artaraq 76 min 229-a, virusa yoluxanların sayı da 16 min 627 artaraq 3 milyon 951-ә yüksәlib.

İranda koronavirusdan ölәnlәrin sayı 58 min 336 nәfәrә, infeksiyaya yoluxanların sayı da 1 milyon 452 min 380 nәfәrә çatıb. İran prezidenti Hәsәn Ruhani ölkәdә vaksinasiya prosesinin bu hәftә başlayacağını açıqlayıb.

Yaponiyada virusdan ölәnlәrin sayı 6 min 135 nәfәrә, infeksiyaya yoluxanların sayı da 399 min 48 nәfәrә yüksәlib. 

 

 

 

 



Әlaqәli Xәbәrlәr