ÜST-ün nümayəndə heyəti Uxanda işlərinə başlayıb

Yeni növ koronavirusun (Covid-19) mənşəyini araşdırmaq üçün Çinin Uxan şəhərinə gedən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndə heyəti işinə başlayıb.

1573959

ÜST heyəti epidemiyanın ilk günlərində xəstələrin müalicə aldığı Hubey Çin və Qərb Tibbi Vahid Bölgə xəstəxanasını ziyarət edərək sahədəki ilk tədqiqatlarını aparıblar. Səfərdən əvvəl nümayəndə heyəti Liang Vannian başçılıq etdiyi Milli Səhiyyə Komissiyası heyəti ilə görüşüb.

ÜST mütəxəssisləri ilk yoluxmaların ortaya çıxdığı Huanan Dəniz Qidaları Bazarı ilə "Covid-19" epidemiyasından əvvəl koronaviruslar üzərində tədqiqatların aparıldığı Uxan Viroloji İnstitutunda araşdırmalar aparmağı planlaşdırırlar.

ABŞ, Avstraliya, Almaniya, Yaponiya, İngiltərə, Rusiya, Hollandiya, Qətər və Vyetnamdan mütəxəssis və tədqiqatçılardan ibarət heyət 14 yanvarda xüsusi təyyarə ilə şəhərə gedib.

Şəhərə gəldikdən sonra 14 gün karantində olan nümayəndə heyəti onlayn görüşlər zamanı Çin rəsmiləri ilə məlumat mübadiləsi aparıb.

Әlaqәli Xәbәrlәr