Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı artmaqda davam edir

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı 2 milyon 218 min 349-u keçib.

1573945
Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı artmaqda davam edir
Covid Süper.jpg

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı 2 milyon 218 min 349-u, infeksiyaya yoluxanların sayı 102 milyon 722 mini, virusdan müalicә olunaraq sağalanların sayı da 74  milyon 435 mini keçib.

Epidemiya zamanı 57 min 889 nәfәrin hәyatını itirdiyi, yoluxma hallarının sayının 1 milyon 411 mini keçdiyi İranda prezident Hәsәn Ruhani epidemiyada yoluxmaların sayının tәkrar artması barәdә әhalini xәbәrdar edәrәk, әks tәqdirdә mәhdudiyyәtlәri artırmaq mәcburiyyәtindә qalacaqlarını söylәyib. 

Rusiyada virus qaynaqlı ölüm sayı 72 min 697 minә, yoluxma sayı isә 3 milyon 832 minә yüksәlib.

Hindistanda "Covid-19'"an insan itkisi 154 min 184 olub. Ölkədə yoluxmaların sayı da 10 milyon 734 min 26-ya çıxıb.

Tunisdə koronavirusdan daha 91 nəfər daha ölüb,  min 679 yeni yoluxma aşkar edilib, 2 min 19 nəfər sağalıb. Beləliklə, ölkədə insan itkisinin 6 599-a, yoluxma sayının 206 min 30-a, sağalanların isə 154 min 455-ə çatıb.

Yeni növ koronavirusdan ölüm sayının 520 olaraq qeydə alındığı İsrailin blokadası altındakı Qəzzada 191 yeni virus hadisəsi aşkarlanıb, yoluxmaların sayı isə 51 min 187-yə yüksəlib.

Epidemiyanın mərkəz mərkəzi olan ABŞ-da "Covid-19" epidemiyası səbəbiylə ölənlərin sayı 447 min 459 nəfərə yüksəlib. Ölkədə yoluxmaların sayı isə 26 milyon 512 min 193-ə çıtıb.

Son 24 saat ərzində Braziliyada 1199, Meksikada 1443, Argentinada 174, Kolumbiyada 371, Peruda 202, Çilidə 83, Boliviyada 53, Qvatemalada 39, Hondurasda 37 nəfər koronavirusdan ölüb. 
Bununla da "Covid-19"dan insan itkisi Braziliyada 222 min 775, Meksikada 156 min 579, Argentinada 47 min 775, Kolumbiyada 53 min 284, Peruda 40 min 686, Çilidə 18 min 257., Boliviyada 10 min 279, Qvatemalada 5 min 582, Hondurasda 3 min 575 olub.

İngiltərədə virusun səbəb olduğu ölüm hallarının sayı 104 min 371 olub. Ölkədə yoluxmaların sayı 3 milyon 772 min 813 olaraq qeydə alınıb. Digər tərəfdən, İngiltərə ilə Avropa İttifaqı (Aİ) arasında "Covid-19" peyvəndləri ilə bağlı müzakirələr davam edir. İngiltərə hökuməti ixrac qadağası ilə təhdid edən  Aİ ölkələrinə "AstraZeneca" peyvəndlərinin göndərilməsinin gözlənilmədiyini bəyan edib.

İtaliyada koronavirus səbəbi ilə ölənlərin sayı son 24 saat ərzində 477 artaraq 87 min 858 nəfərə çatıb. Müvafiq dövrdə ölkədə 13 min 574 adama koronavirus diaqnozu qoyuldu. Beləliklə, epidemiya başladığı keçən ilin fevral ayından bəridir yoluxmaların sayı 2 milyon 529 min 70-ə yüksəlib.

İspaniyada "Covid-19" epidemiyasında son 24 saat ərzində 513 nəfər ölüb, 38 min 118 yeni yoluxma aşkarlanıb. bununla da ölkədə insan itkisi 58 min 319, yoluxmaların sayı isə 2 milyon 830 min 478-ə çıxıb. 

Fransada "Covid-19"dan insan itkisi 75 min 620-yə, yoluxma sayı 3 milyon 153 min 487-ə yüksəlib. Hökumət 31 yanvar tarixindən etibarən "Covid-19" tədbirləri çərçivəsində Aİ-yə üzv olmayan ölkələrə giriş və çıxışı dayandıracaq.



Әlaqәli Xәbәrlәr