Trampın hərbi satışları dayandırıldı

Amerika Birləşmiş Ştatları (ABŞ) Dövlət Departamenti sabiq rəhbərlik dövründə başladılan çox sayda hərbi satışı dayandırıb.

1572618
Trampın hərbi satışları dayandırıldı

Dövlət katibliyinin rəsmisinin sözlərinə görə qərar Yeni rəhbərliyə bəzi layihələrə yenidən baxması üçün imkan yaradmaq məqsədiylə hərbi Satışlar və birbaşa ticarət Satışları tərkibində gözləyən hərbi transfer və satışlar müvəqqəti olaraq dayandırılıb.

Dövlət departamentinin rəsmisi belələ qərarlarin Prezident dəyişikliyindən sonra qəbulunu adi hal hesab edib. O: “Bu həm administrasiyanın şəffaflığı, yaxşı idarəetmək, əməkdaxlıq və daha güclü ortaqlıqlar bərpa edərək strateji hədəflər istiqamətində addımlamasının lazım gəldiyi mövzusuna riayətinin əlamətidir. Rəsmi, bu addımın bütün satışları əhatə etmədiyini, lakin yaxın tarixdə Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) və Səudiyyə Ərəbistanı kimi bir çox ölkəyə satışı təsdiqlənən “F-35” qırıcılar və digər silah sistemlərini əhatə etdiyini bildirib.

Xatırladaq ki, keçmiş prezident Donald Trampın vəzifəsi sona çatmazdan qısa müddət əvvəl İsrail ilə normallaşma müqaviləsi qarşılığında BƏƏ-nə F-35 satışının təsdiq ediləcəyi bildirildi.



Әlaqәli Xәbәrlәr