Dünyada koronavirusla bağlı son vәziyyәt

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı 2 milyon 186 min 710-u keçib.

1572531
Dünyada koronavirusla bağlı son vәziyyәt

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı 2 milyon 186 min 710-u, infeksiyaya yoluxanların sayı 101 milyon 533 mini, virusdan müalicә olunaraq sağalanların sayı da 73  milyon 444 mini keçib.

İngiltәrәdә virus qurbanlarının sayı gün әrzindә 1725 artaraq 101 min 887-ә, infeksiyaya yoluxanların sayı da 25 min 308 min artaraq  3 milyon 715 min 54-ә çatıb. İngiltәrә virusun әn çox yayıldığı Avropa ölkәlәrindәn biridir. Baş nazir Boris Conson virusun mutasiyaya uğramış variantının ölkәdә yayılmasının qarşısını almaq mәqsәdilә sәyahәt qadağası tәtbiq edilәn ölkәlәrdәn geri qayıdacaq olan İngiltәrә vәtәndaşlarının karantinә alınacağını açıqlayıb.
Fransada koronavirusdan hәyatını itirәnlәrin sayı gün әrzindә 351 artaraq 74 min 456-ya, infeksiyaya yoluxanların sayı da 26 min 916 artaraq 3 milyon 106 min 859-a yüksәlib.

Koronavirus sәbәbindәn Livanda 2553, Әlcәzairdә 2877 vә Birlәşmiş Әrәb Әmirliklәrindә 811 nәfәr hәyatını itirib.
Küveytdә koronavirusdan ölәnlәrin sayı 957-yә, epidemiyaya yoluxanların sayı da 162 min 862-yә yüksәlib.

Cәnubi Afrikada koronavirusdan ölәnlәrin sayı 46 minә çatıb. Bölgәdә virusa yoluxanların sayı da 1,7 milyona yüksәlib.

İranda ötən 24 saat ərzində 85 nəfər koronavirusdan ölüb.

Bununla da İranda bu virusdan ölənlərin sayı 57 min 736 nəfərə yüksəlib.

İranda ötən 24 saat ərzində 6 min 627 nəfər koronavirusa yoluxub. Beləliklə, İranda bu virusa yoluxanların sayı 13 milyon 988 min 41 nəfərə çatıb. Virus daşıyıcılarından 4 min 018 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 11 milyon 899 min 75 nəfər koronavirusdan sağalıb.

Rusiyada son 24 saat ərzində daha 19 min 138 nəfər yeni növ koronavirusa yoluxub.

Rusiyada virusa yoluxanların sayı 3 milyon 793 min 810 nəfərə çatıb.

Son 24 saat ərzində 575 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 71 min 651 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Brazilyadan sonra dördüncü yerdə gəlir.


 



Әlaqәli Xәbәrlәr