Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı artmaqda davam edir

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı 2 milyon 168 min 300-ü keçib.

1571736
Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı artmaqda davam edir
afp korona genel süper.jpg

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı 2 milyon 168 min 300-ü , infeksiyaya yoluxanların sayı 100  milyon 880 mini, virusdan müalicә olunaraq sağalanların sayı da 72  milyon 925 mini keçib.

İngiltərədə virus səbəbiylə son 24 saat ərzində min 631 insan həyatını itirib, 20 min 89 yeni yoluxma faktı qeydə alınıb. Ölkədə ölənlərin sayı 100 min 162, yoluxmalarınn sayı isə 3 milyon 689 min 746 olub. İngiltərə "Covid-19" səbəbiylə Avropada ən çox ölüm hallarının qeydə alındığı ölkə olaraq qalmağa davam edir.

Fransada son 24 saat ərzində 22 min 086 yeni yoluxma və 612 ölüm faktı qeydə alınıb.

Ölkədə xəstəxanalardakı koronavirus xəstələrinin sayı 27 min 5-ə çatıb. Reanimasiya şöbələrində ağır vəziyyətdə olan 3 min 071 koronavirus xəstəsi intensiv müalicə alır.

Pandemiya başlayandan bəri Fransada bu virusdan ölənlərin ümumi sayı 74 min 106 nəfərdir.

Afrika qitəsində yeni növ koronavirusun ən çox yayıldığı Cənubi Afrika Respublikasında son 24 saat ərzində daha 680 nəfərin ölməsilə insan itkisi 41 min 797-ə yüksəlib. Ölkədə bir milyon 423 min 578 yoluxma faktı qeydə alınıb.

Epidemiya səbəbiylə 3 min 96 ölüm və 254 min 822 yoluxma hadisəsinin olduğu Gürcüstanda Xarici İşlər naziri Davit Zalkaliani yeni növ koronavirus testinin müsbət çıxdığını açıqlayıb.

Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətində "Covid-19" tədbirləri çərçivəsində bu gündən etibarən Lefkoşada bir həftə və Girnedə iki həftə tamamilə bağlanacaq. Hər iki şəhərdə də eczanələr, yanacaqdoldurma məntəqələri, çörəkbişirmə müəssisələri, qəssablar və marketlər və onların tədarükçüləri kimi təməl ehtiyaclara xidmət göstərən müəssisələr qadağadan azad ediləcəkdir. 2 həftə ərzində dövlət və özəl məktəblərdə, bütün ibtidai və orta məktəblərdə üz-üzə təlimlər dayandırılacaq və onlayn təhsilə başlanacaq.



Әlaqәli Xәbәrlәr