ABŞ Fələstinə yardımları bərpa edir

Co Bayden rəhbərliyi Fələstinə yardımları bərpa edəcəyini və iki dövlətli həll yolu üçün səy göstərəcəyini bildirib.

1571746
ABŞ Fələstinə yardımları bərpa edir

ABŞ-da vəzifəsinin icrasına yeni başlayan Co Bayden rəhbərliyi sabiq prezident Donald Tramp dövründə dayandırılmış Fələstinə yardımları bərpa edəcəyini və iki dövlətli həll yolu üçün səy göstərəcəyini bildirib.

BMT Təhlükəsizlik Şurasında çıxış edən ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini Riçırd Mills Bayden rəhbərliyinin əvvəllər dayandırılmış Fələstinə yardımları yenidən aktivləşdirəcəyini söyləyib.

Tramp dövründə ABŞ-da bağlanmış Fələstinin diplomatik nümayəndəliklərinin yenidən açılacağını bildirən Mills BMT-nin fələstinlilərə yardım proqramlarının bərpa ediləcəyini vurğulayıb.

"Yeni rəhbərliyin Orta Şərq siyasəti, içində İsrailin təhlükəsiz və sülh içində yaşayacağı və yanında öz ayaqları üzərində dayanan bir Fələstin dövlətinin olduğu, barəsində razılıq əldə olunmuş iki dövlətli bir həll yolu dəstəkləməkdir" deyə Mills qeyd edib. 

Fələstin Qurtuluş Təşkilatı  isə Vaşinqtonda bağlanmış diplomatik nümayəndəliyin yenidən açılması qərarını məmnuniyyətlə qarşılayıb.

Təşkilatın icra heyəti üzvü Əhməd Mecdelani "ABŞ-ın bu addımı müsbət və gözəldir. Bu addım yeni rəhbərliyin əvvəlki administrasiyanın (Donald Tramp administrasiyası) səhvlərini düzəltməsindəki ciddiliyini əks etdirir” deyib.



Әlaqәli Xәbәrlәr