Cozef Borrel Türkiyә ilә Aİ arasındakı münasibәtlәri qiymәtlәndirib

Avropa İttifaqının xarici әlaqәlәr vә tәhlükәsilik siyasәti üzrә ali nümayәndәsi Cozef Borrel Türkiyә ilә son hәftәlәrdә әldә olunan  müsbәt irәlilәyişi davam etdirmәk mövzusunda razılaşdıqlarını bildirib.

1570892
Cozef Borrel Türkiyә ilә Aİ arasındakı münasibәtlәri qiymәtlәndirib

 

Avropa İttifaqının xarici әlaqәlәr vә tәhlükәsilik siyasәti üzrә ali nümayәndәsi Cozef Borrel Türkiyә ilә son hәftәlәrdә әldә olunan  müsbәt irәlilәyişi davam etdirmәk mövzusunda razılaşdıqlarını bildirib.

Cozef Borrel Avropa İttifaqına üzv dövlәtlәrin xarici işlәr nazirlәrinin iclasının sonunda tәşkil edilәn mәtbuat konfransında iclasda Türkiyә ilә Avropa İttifaqı arasındakı münasibәtlәri dә müzakirә etdiklәrini deyib.

Türkiyә ilә dialoq vә әmәkdaşlığı güclәndirmәk üçün danışıqların әhәmiyyәtini vurğuladıqlarını bildirәn Borrel Türkiyә ilә Yunanıstan arasındakı görüşlәrә toxunaraq iki ölkә arasındakı mübahisәlәrin Birlәşmiş Millәtlәr Tәşkilatının Dәniz hüququ haqqında Konvensiyası çәrçivәsindә hәll edilә bilәcәyini qeyd edib.

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlunun keçәn hәftә Belçikanın paytaxtı Brüsselә etdiyi sәfәrә toxunan Cozef Borrel deyib:  ''2020-ci ildә münasibәtlәrimizi gәrginlәşdirәn bütün mövzuları nәzәrdәn keçirdik. Hәr iki tәrәf dә bu problemlәrin öhdәsindәn gәlmәk mәsәlәsindә razılıq әldә etdi. Keçәn il yayda vә payızda münasibәtlәrimizә mәnfi tәsir göstәrәn mәsәlәlәrin bu gün dayandığını mәmnuniyyәtlә söylәyirәm. Türk gәmilәri vә axtarış-kәşfiyyat fәaliyyәtlәri hazırda yoxdur. Hәr iki tәrәf dә son hәftәlәrdә әldә olunan müsbәt irәlilәyişi davam etdirmәk mәsәlәsindә razılaşdı. Türkiyә ilә Yunanıstan arasındakı araşdırma görüşlәri başladı. Fevral ayının ortasında vә ya sonunda Kıbrıs probleminin hәlli ilә bağlı müzakirәlәrin dә başlayacağına ümidvarıq’’.

 




 



Әlaqәli Xәbәrlәr