Avropa mərkəzi bankının rəhbərindən xəbərdarlıq

Avropa Mərkəzi Bankının (ECB) Başçısı Christine Lagarde, Avrozonadakı iqtisadi dirçəlişin təxirə salına biləcəyini bildirib.

1571053
Avropa mərkəzi bankının rəhbərindən xəbərdarlıq

Dünya İqtisadi Forumunun (WEF) “Davos Gündəmi 2021” iclasları çərçivəsində ‘İqtisadi böyümənin yenidən bərpası’ mövzulu onlayn panel keçirilib.

Avropa Mərkəzi Bankının rəhbəri Lagarde tədbirdəki çıxışında Avrozona iqtisadiyyatının 2020-ci ilin dördüncü rübündə kiçildiyinə diqqət çəkib və epidemiyadan sonra iqtisadiyyatın fərqli olacağını qeyd edib. Covid-19-un yeni növləri ilə bağlı narahatlıqlarını səsləndirib və məhdudiyyətlərin sərtləşdirilməsinə baxmayaraq 2021-ci ilin epidemiyadan sonrakı iqtisadi bərpa ili olacağını vurğulayıb.



Әlaqәli Xәbәrlәr