Dünyanın yeni növ koronavirusla mübarizәsi davam edir

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı 2 milyon 140 min 240-ı keçib.

1570136
Dünyanın yeni növ koronavirusla mübarizәsi davam edir
super foto fransa korona fransa 2.jpg

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı 2 milyon 140 min 240-ı, infeksiyaya yoluxanların sayı 99 milyon 821 mini, virusdan müalicә olunaraq sağalanların sayı da 71  milyon 820 mini keçib.

Min 123 yeni ölü sayı ilə həlak olanların sayının 429 min 490-a yüksəldiyi, epidemiyanın mərkəzi olan ABŞ-da son 24 saat ərzində yoluxmaların sayı 92 min 985 artaraq 25 milyon 702 min nəfərə çatıb.

İngiltərədə virus səbəbiylə son 24 saat ərzində 610 insan həlak olub və 30 min 4 yeni yoluxma faktı qeydə alınıb. Ölkədə ölənlərin sayı 97 min 939, yoluxmaların sayı isə 3 milyon 647 min 463 olub.

Fransada "Covid-19" səbəbiylə son 24 saat ərzində 172 nəfər ölüb, bununla da ölkədə virusdan ölənlərin sayı 73 min 49-a yüksəlib. Bir gündə 18 min 436 yeni yoluxma qeydə alınması ilə virusun yoluxduğu insan sayı 3 milyon 53 min 617-ə çatıb. Digər tərəfdən, ölkədəki insanlar yeni koronavirus epidemiyasının 2021-ci il boyu davam edəcəyindən və aclığa səbəb olacağından qorxaraq ərzaq ehtiyatları yığırlar. 

Portuqaliyada son 24 saat ərzində virus səbəbiylə həyatını itirənlərin sayı 275 artaraq 10 469-a,  yoluxmaların sayı isə 11 min 721 artaraq 636 min 190-a çatıb.

Rusiyada son bir gündə daha 19 min 290 nəfərə COVID-19 diaqnozu qoyulub.

Bununla da Rusiyada koronavirusa yoluxanların sayı 3 milyon 738 min 690 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 456 nəfər artaraq 69 min 918-ə yüksəlib.

Rusiyada indiyədək koronavirusa yoluxan 3 milyon 150 min 763 nəfər sağalıb.



Әlaqәli Xәbәrlәr