Çin və Hindistan qoşunları sərhəd bölgəsində toqquşub

Himalay dağlarında Hindistanın Sikkim ştatı ilə Çinin Tibet Muxtar Vilayəti arasında yerləşən sərhəddəki Natu La aşırımında Hindistan və Çin sərhəd qüvvələrinin əsgərləri arasında silahlı toqquşmalar yaşanıb.

1570442
Çin və Hindistan qoşunları sərhəd bölgəsində toqquşub

Çin mətbuatının xəbərinə görə Çin Xalq Azadlıq Ordusunun hərbçiləri Hindistan ərazisinə daxil olmağa cəhd edib, Hindistan hərbçiləri onların qarşısını alıb. Hər iki tərəfdən yaralananlar var. Nəzarət altına alınan hadisi ilə bağlı təfərrüatlar verilməyib.

Xatırladaq ki, 2017-ci ildə Çinin bölgədəki sərhəd yolunu mübahisəli bir yaylağa uzatmağa çalışmasından sonra iki ölkə arasındakı gərginlik artıb. Keçən ilin may ayının əvvəlində Ladaxda təxminən 250 Çin və Hindistan əsgəri arasında toqquşma baş verdikdən sonra kəskinləşib. Hər iki tərəfdən 100-dən çox insan yaralanıb. İyunun 15-dən 16-na keçən gecə Ladax ittifaq ərazisindəki Qalvan çayı ərazisində Hindistan və Çin hərbçiləri arasında yeni toqquşmalar yaşanıb.



Әlaqәli Xәbәrlәr