Braziliyada futbolçuları daşıyan təyyarə qəyaza uğrayıb

Braziliyanın Tokantis ştatında futbolcuları daşıyan təyyarənin qəzaya uğraması nəticəsində 6 nəfər ölüb.

1570274
Braziliyada futbolçuları daşıyan təyyarə qəyaza uğrayıb

“Palmas” klubundan yayılan məlumata görə Portu-Nasiunal şəhərində baş verən qəza nəticəsində 6 nəfər həyatını itirib. Təyyarə uçuş xəttindən havaya qalxdıqdan az sonra yerə çırpılıb. Təyyarənin göyərtəsində pilotla bərabər Braziliyada 4-cü diviziyada mübarizə aparan "Palmas" klubunun 4 futbolçusu Lucas Praxedes (23), Guilherme Noe (28), Ranule (27) və Marcus Molinari (23) və klub prezidenti Lucas Meira (32) olub.



Әlaqәli Xәbәrlәr