Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı artmaqda davam edir

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı 2 milyon 132  min 12-ni keçib.

1569783
Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı artmaqda davam edir
KORONA SÜPER

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı 2 milyon 132  min 12-ni, infeksiyaya yoluxanların sayı 99 milyon 404  mini, virusdan müalicә olunaraq sağalanların sayı da 71  milyon 477 mini keçib.
İranda virus səbəbiylə son 24 saat ərzində daha 89 nəfər ölüb, bununla da ölkədə ümumilikdə insan itkisi 57 min 383-ə yüksəlib. Ölkədə yoluxmaların sayı 5 min 945 artaraq bir milyon 372 min 977-yə çatıb.

Hindistanda epidemiya səbəbiylə ölənlərin sayı 153 min 376-ya, infeksiya yoluxanların sayı isə 10 milyon 655 min 435-ə yüksəlib.

Epidemiya səbəbiylə 6 min 154 ölümün və 195 min 314 yoluxmanın qeydә alındığı Tunisdə qismən komendant saatının müddәti 14 fevrala qədər uzadılıb.

"Covid-19"-dan 4 min 341 ölümün, 593 min 961 yoluxmanın qeydə alındığı İsraildə koronavirusun daha sürәtli yoluxduğu mutasiya olmuş yeni növü ortaya çıxıb.

İndiyәdәk virus səbəbiylə 280 nəfərin öldüyü, 57 min 587 nəfərin yoluxduğu Şri Lankada hindu cadugәrin koronavirusa qarşı hazıdladığını iddia etdiyi "müqəddəs iksiri" tәsirli olduğunu irәli sürәrәk istifadә edәn vә xalqa da tövsiyә edәn səhiyyə naziri Pavithra Vanniaracici virusa yoluxub.

Almaniyada son 24 saat әrzindә 12 min 257 nəfər yeni növ koronavirusa yoluxub. 

24 saat ərzində COVİD-19-a yoluxmuş 349 nəfər həyatını itirib. 

ABŞ-da koronavirus qaynaqlı ölənlərin sayı 427 min 635 olub. Ölkədə yoluxmaların sayı isə 25 milyon 566 min 789 nəfərə qədər yeniləndi.
İngiltərədə koronavirus səbəbi ilə son bir gündə min 348 nəfər ölüb, ümumi ölüm sayı 97 min 329-a yüksəlib. Müvafiq dövrdə ölkədə 33. min 552 yeni yoluxma ilə "Covid-19" faktlarının sayı 3 milyon 617 min 459-a yüksəlib.

Fransada koronavirus epidemiyasında son 24 saat ərzində 321 nəfər ölüb, 23 min 924 yeni yoluxma aşkar edilib. Beləliklə, ölkədə "Covid-19-dan insan itkisi 72 min 877, yoluxmaların sayı isə 3 milyon 35 min 181 olub.

İspaniyada koronavirusdan ölənlərin sayı 55 min 441-ə yüksəlib. Ölkədə yoluxmaların sayı da artaraq 2 milyon 603 min 472 nəfərə çatıb. İspaniya Baş Qərargah rəisi general Villaroya koronavirus peyvənd protokolunu pozaraq peyvənd olunması qarşısındakı təzyiqlər nəticəsində istefa edib.

İtaliyada koronavirus epidemiyasında ölənlərin sayı son 24 saat ərzində 488 artaraq 85 min 162 nəfərə çatıb. Ölkədə eyni dövrdə 13 min 331 adama "Covid-19 diaqnozu qoyulub. Beləliklə, yoluxmaların sayı 2 milyon 455 min 185-ə çatıb.

Rusiyada koronavirus səbəbindən ölənlərin sayı son gündə 491 artaraq 69 min 462 nəfərə çatıb. Müvafiq dövrdə 21 min 127 yeni yoluxmanın aşkarlandığı ölkədə virusa yoluxanların sayı 3 milyon 719 min 400-ə yüksəlib.



Әlaqәli Xәbәrlәr