Aİ peyvənd tədarükündə yubanmalara görə dərman şirkətlərini xəbərdar edib

Şarl Mişel əczaçılıq şirkətlərinin peyvənd müqavilələrini yerinə yetirmələrini təmin etməkdə mövcud qanunlardan istifadə etməyi planlaşdırdıqlarını söyləyib.

1569969
Aİ peyvənd tədarükündə yubanmalara görə dərman şirkətlərini xəbərdar edib

Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel əczaçılıq şirkətlərinin peyvənd müqavilələrini yerinə yetirmələrini təmin etməkdə mövcud qanunlardan istifadə etməyi planlaşdırdıqlarını söyləyib.

Mişel "Europe 1" radiosunda son zamanlarda Avropada yeni növ koronavirus (COVİD-19) peyvəndi tədarükünün gecikməsini qiymətləndirib.

"Pfizer/BioNTech" şirkəti peyvənd tədarükünün bir neçə həftə təxirə salınacağını açıqladıqdan sonra Aİ üzv dövlətlərinin sərt mövqe göstərərək bu vəziyyəti düzəltdiyini xatırladan Mişel "Yumruğumuzu masaya vurduq və sonra gecikmələrin azaldığını gördük" deyib.

Mişel "Əczaçılıq şirkətlərinin peyvənd müqavilələrini yerinə yetirmələri üçün əlimizdəki qanunlardan istifadə etməyi planlaşdırırıq" ifadəsini işlədib.

Şirkətlərin vaksinlərlə əlaqəli yeni istehsal zəncirləri yaratmasının vacibliyini və lazım olan xammal tədarükündə çətinliklərin ola biləcəyini bildiyini söyləyən Mişel əczaçılıq şirkətlərinin peyvənd göndərilməsindəki gecikmələrə dair "şəffaf" məlumat vermələrinin lazım olduğuna diqqət çəkib.

Əczaçılıq şirkəti "Pfizer" keçən həftə istehsaldan qaynaqlanan Avropaya peyvənd tədarükünü müvəqqəti olaraq azaldacağını açıqladıqdan sonra, hələ də Avropa Preparat agentliyindən (EMA) təsdiq almayan "Oxford-AstraZeneca" tərəfindən hazırlanan peyvəndin çatdırılmasında gecikmələrin ola biləcəyi bildirilmişdi. 

"BioNTech" və "Pfizer" ilə "Moderna" tərəfindən hazırlanan və bu günə qədər Aİ-də təsdiqlənmiş peyvəndlər 2020-ci ilin dekabrından bəri xalqa tətbiq olunur.

"Oxford-AstraZeneca" tərəfindən hazırlanan peyvənd üçün Aİ təsdiqinin gələn həftə veriləcəyi gözlənilir.



Әlaqәli Xәbәrlәr