Dünyada koronavirusdan vәfat edәnlәrin sayı iki milyonu keçib

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı 2 milyon 116  mini, infeksiyaya yoluxanların sayı 98 milyon 750  mini, virusdan müalicә olunaraq sağalanların sayı da 70  milyon 936 mini keçib.

1569445
Dünyada koronavirusdan vәfat edәnlәrin sayı iki milyonu keçib

 

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı 2 milyon 116  mini, infeksiyaya yoluxanların sayı 98 milyon 750  mini, virusdan müalicә olunaraq sağalanların sayı da 70  milyon 936 mini keçib.

Amerika Birlәşmiş Ştatlarında epidemiya qurbanlarının sayı 420 mini, infeksiyaya yoluxanların sayı da 25 milyonu keçib.

Meksikada  koronavirusdan ölәnlәrin sayı gün әrzindә 1440, Braziliyada 1096, Argentinada 220, Kolumbiyada 399, Peruda 153, Çilidә 84, Ekvadorda 36, Boliviyada 53 vә Qvatemalada 31 nәfәrә çatıb.

İngiltәrәdә koronavirusdan ölәnlәrin sayı 95 mini, infeksiyaya yoluxanların sayı da 3 milyonu keçib. İngiltәrә Baş naziri Boris Conson koronavirusun mutasiyaya uğramış yeni variantının daha tәhlükәli vә öldürücü ola bilәcәyini söylәyib.

İtaliyada koronavirus qurbanlarının sayı gün әrzindә 472 artaraq 84 min 674-ә, epidemiyaya yoluxanların sayı da 13 min 633 artaraq 2 milyon 441 min 854-ә yüksәlib.

Fransada epidemiyadan gün әrzindә 323, son üç gündә  qocalar evindә isә 330 nәfәr hәyatını itirib. Belәliklә ölkәdә virusdan ölәnlәrin sayı 70 mini, infeksiyaya yoluxanların sayı da 3 milyonu keçib.

İspaniyada koronavirusdan ölәnlәrin sayı gün әrzindә 400 artaraq 55 min 441-ә, infeksiyaya yoluxanların sayı da 42 min 885 artaraq 2 milyon 603 min 472-yә yüksәlib.

Portuqaliyada koronavirusdan vәfat edәnlәrin sayı gün әrzindә 234 artaraq 9 min 920-yә, virusa yoluxanların sayı da 13 min 987 artaraq 600 min 136-ya çatıb.

 



Әlaqәli Xәbәrlәr