Çin 28 ABŞ vətəndaşını sanksiya siyahısına salıb

Çin ABŞ-ın 28 vətəndaşına, o cümlədən sabiq prezident Donald Trampın administrasiyasında dövlət katibi olan Mayk Pompeoya qarşı sanksiya tətbiq edib.

1568257
Çin 28 ABŞ vətəndaşını sanksiya siyahısına salıb

 

Çinin Xarici İşlər Nazirliyindən sanksiya qərarına dair açıqlamada: “Çin, ölkənin suverenliyini ciddi şəkildə pozan və ABŞ-ın Çinə aid məsələlərdə bu cür addımlarından əsas məsuliyyət daşıyan 28 nəfərə qarşı sanksiya tətbiq etməyə qərar verib”.

Sanksiya siyahısına daxil edilənlər arasında Milli Ticarət Şurasının sabiq rəhbəri Piter Navarro, prezidenti milli təhlükəsiz üzrə sabiq köməkçisi Robert O'Brayan və ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Kelli Kraft da iştirak edir. Bu şəxslərin və onların ailə üzvlərinin Çin, Honkonq və Makaonun xüsusi inzibati bölgələrinə daxil olmaları və şirkətlərinin Çinlə ticarət etmələri qadağan edildi.



Әlaqәli Xәbәrlәr