Sinabunq vulkanı növbəti dəfə püskürüb

İndoneziyanın Sumatra Adasındakı  Şimali Sumatra ştatında  yerləşən  Sinabunq Volkanı  növbəti dəfə büskürüb.

1567157
Sinabunq vulkanı növbəti dəfə püskürüb

Yerli Volkanologiya mərkəzinin  yaydığı  məlumata  görə  püskürmə  3 dəqiqə 21 saniyə davam edib. Yaxın sutka ərzində yeni püskürmə ehtimalına qarşı  hakimiyyət orqanları əhalini ehtiyatlı davranmağa çağırıb.  Vulkandan   ən  az 3 kilometr uzaq   qalmalarını   və  kül yağışları   ehtimalına  qarşı  maska   istifadə   etmələrini  istəyib 

Sinabunq vulkanının 400 ildən sonra ilk dəfə, 2010-cu ildə püskürməsi nəticəsində 2 nəfər həyatını itirib. 2014-cü ilə təsadüf edən püskürmə zamanı isə 16 nəfər ölüb. Qeyd edək ki, Sinabunq İndoneziya ərazisində yerləşən 120 vulkandan biridir



Әlaqәli Xәbәrlәr