Donald Tramp vida çıxışında Bayden rəhbərliyinə uğurlar arzuladı

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp xalqa vida müraciəti ilə çıxışında seçilmiş prezident Co Bayden rəhbərliyinə 'uğurlar' arzuladı.

1567424
Donald Tramp vida çıxışında Bayden rəhbərliyinə uğurlar arzuladı

Tramp vida nitqindә Amerikanın böyüklüyünə etibarı itirməyin təhlükəli olacağına diqqәt çәkәrәk:“Biz təhlükəsizliyin təmin olunmasında və Amerikanın çiçəklənməsində yeni administrasiya üçün dua edirik”. Tramp bu sözlәrlә ilk dəfə Baydenin seçkilərdə qələbəsini etiraf edib.

Ağ Ev başçısı bildirib ki, onun komandası hakimiyyətə hansı məqsədlər uğrunda gəlmişdisə, onları və ondan da çoxunu həyata keçirib.

Vaşinqton administrasiyasının hazırkı rəhbərinin sözlərinə görə, o, ABŞ hakimiyyətinin xalq qarşısındakı məsuliyyətini bərpa edib.

Bununla yanaşı, Amerikanın ölkənin daxilində və hüdudları xaricində gücü bərpa olunub.

Trampın sözlərinə görə, o, ABŞ-ın başqa ölkələrlə ittifaqını bərpa edib və Birləşmiş Ştatlar Çinə qarşı əvvəllər heç vaxt olmayan səviyyədə dayanıb.

Siyasətçi vurğulayıb ki, onilliklər ərzində ABŞ-ın heç bir müharibə başlamayan birinci prezidentidir. O, yanvarın 6-da keçirilən mitinqdə özünün çıxışından sonra Konqresin binasına edilən hücumu yenidən pisləyib.

"Mən çərşənbə günü günorta hakimiyyəti yeni administrasiyaya verməyə hazırlaşıram, istəyirəm siz biləsiniz ki, bizim başladığımız hərəkat yalnız başlanğıcdır", - deyə o əminliyini büruzə verib.

Qeyd edək ki, bu gün (20 yanvar) ABŞ-da ölkənin yeni prezidenti Co Baydenin andiçmә mәrәsimi keçirilir. Birləşmiş Ştatlarda prezident seçkiləri 2020-ci il noyabrın 3-də keçirilib.

Digər tərəfdən, Tramp prezidentlikdəki son günündə Ağ Evin keçmiş baş məsləhətçisi Steve Bannon da daxil olmaqla 73 nəfərin әfvinә dair sәrәncam imzaladı.

Ağ Evdə son gününü keçirən Trampın xüsusi həyatında da mühüm bir proses cәrәyan edib. Trampın qızı Tiffany Tramp, İnstaqram hesabında Michael Boulosla ilә nişanlandığı mәlumatını  paylaşdı.



Әlaqәli Xәbәrlәr