Aİ liderləri yeni növ koronavirus məsələsini müzakirə edəcəklər

Avropa İttifaqı (Aİ) ölkələrinin liderləri video-konfrans metodu ilə bir araya gələrək yeni növ koronavirusa (Covid-19)  qarşı görülən tədbirlər, peyvəndlərin satınalınması və paylanması, peyvən olunmuş şəxslərin sertifikatı kimi məsələləri müzakirə edəcə

1567647
Aİ liderləri yeni növ koronavirus məsələsini müzakirə edəcəklər

Avropa İttifaqı (Aİ) ölkələrinin liderləri video-konfrans metodu ilə bir araya gələrək yeni növ koronavirusa (Covid-19)  qarşı görülən tədbirlər, peyvəndlərin satınalınması və paylanması, peyvən olunmuş şəxslərin sertifikatı kimi məsələləri müzakirə edəcəklər.

Yanvarın 21-i axşam keçiriləcək Aİ liderlərinin yığıncağında üzv ölkələr tərəfindən görülən tədbirlərin koordinasiyası, koronavirusun yeni növlərinə qarşı tədbirlər, test və təqib strategiyaları müzakirə ediləcək.

İndiyədək Aİ-də təsdiqlənmiş "BioNTech" və "Pfizer" ilə "Moderna" tərəfindən hazırlanan peyvəndlər 2020-ci ilin dekabrından bəri əhaliyə tətbiq edilir.

"AstraZeneca" ilə Oxford Universiteti tərəfindən hazırlanan peyvəndin təsdiq qərarının isə bu ayın axırında qəbul ediləcəyi gözlənilir. 

Aİ Komissiyası indiyədək peyvənd hazırlayan üzv  şirkətlərlə üzv ölkələr adından imzaladığı 6 müqavilə ilə təxminən 2,3 milyard doza alacak mövqedədir.



Әlaqәli Xәbәrlәr