Yəməndə Husi tərəfdarları ABŞ-a etiraz ediblər

Yəməndə İranın dəstəklədiyi Husi tərəfdarları ABŞ-ın husiləri terror siyahısına daxil etmə planına paytaxt Sanada etiraz ediblər.

1566228
Yəməndə Husi tərəfdarları ABŞ-a etiraz ediblər

Yəməndə İranın dəstəklədiyi Husi tərəfdarları ABŞ-ın husiləri terror siyahısına daxil etmə planına paytaxt Sanada etiraz ediblər.

Nümayişçilər Yəməndəki vətəndaş müharibəsinin başlandığı 2015-ci ildən bəri bağlı olan ABŞ səfirliyinin qarşısına toplaşıblar.

Vaşinqton rəhbərliyinin husiləri terror siyahısına salma qərarına qarşı şüarlar səsləndirən nümayişçilər ABŞ bayrağını da parçalayıblar. 

Nümayişçilər ABŞ-ı "ölkədə müharibə başladığından bəri Yəmən xalqını öldürməkdə" günahlandırıblar.

ABŞ dövlət katibi Mayk Pompeo yanvarın 11-də verdiyi açıqlamada husilərin "xarici terror təşkilatı" elan ediləcəyini açıqlamışdı və bu mövzuda Konqresə məlumat verildiyini elan etmişdi. 

Pompeo ayrıca, təşkilatın başçıları Abdulmalik al-Husi, Abdulhalik Bedreddin al-Husi və Abdullah Yahya Hakimin də "terrorçu" elan ediləcəyini bildirmişdi. 

Uzun müddətdir siyasi qeyri-sabitliyin hökm sürdüyü Yəməndə İranın dəstəklədiyi husilərlə hökumət qüvvələri arasında qarşıdurmalar yaşanır.

Husiler 2014-cü ilin sentyabrından bəri paytaxt Sanaya və bəzi bölgələrə nəzarəti əllərində saxlayarkən, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri 2015-ci ilin martından bəri Yəmən hökumətinə dəstək verir.

Ölkədə təxminən 6 ildir davam edən qarşıdurmalarda minlərlə insan həyatını itirib.



Әlaqәli Xәbәrlәr