Somalidə bombalı hücum törədilib, ölənlər var

Somalinin paytaxtı Moqadişoda bombalı hücum həyata keçirilib, ilk məlumatlara görə 3 nəfər həyatını itirib.

1566662
Somalidə bombalı hücum törədilib, ölənlər var

Qarasbaley rayonu Bələdiyyə Başçının müavini Əli Jarerenin maşın karvanının hədəfə götürüldüyü hücumda, Bələdiyyə Başçının müavini Jarere və onu müşayiət edən 2 nəfər  ölüb. Partlayışdan sonra bölgəyə təhlükəsizlik qüvvələri cəlb olunub. Hücuma görə məsuliyyəti üzərinə götürən olmayıb.

Ancaq terror təşkilatı Əş-Şəbabın tez-tez  Somalidə təhlükəsizlik qüvvələrini və mülki yaşayış məntəqələrini hədəfə götürən hücumlar həyata keçirdiyi bilinir.



Әlaqәli Xәbәrlәr