Jan Kubis BMT-nin Liviya üzrə xüsusi nümayəndəsi təyin edilib

Slovakiyalı diplomat Jan Kubis, Birləşmiş Millətlər Təşkilatının (BMT) Liviya üzrə Xüsusi Nümayəndəsi təyin edilib.

1566446
Jan Kubis BMT-nin Liviya üzrə xüsusi nümayəndəsi təyin edilib

BMT Baş Katibi Antonio Quterres, Kubisi, Gassan Selamenin istefasından sonra uzun müddətdir boş qalan vəzifəyə təyin etdiyini açıqladı.

İtaliya, Slovakiyalı diplomat Jan Kubisin BMT-nin Liviya üzrə Xüsusi nümayəndəsi təyin olunmaısını yüksək qiymətləndirdiyini bildirib.

İtaliya Xarici İşlər Nazirliyindən yayılan açıqlamada: “Xarici işlər naziri Luigi Di Maio Jan Kubisin BMT Baş Katibinin Liviya üzrə Xüsusi Nümayəndəsi təyin qərarının BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilməsini yüksək qiymətləndirib”. Açıqlamada Müvəqqəti Xüsusi Nümayəndə Stephanie Williams-a isə Liviyalılar arasındakı dialoqun inkişafına verdiyi töhfəyə görə təşəkkür edilib.



Әlaqәli Xәbәrlәr