Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı artmaqda davam edir

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı 2 milyon 51 mini keçib.

1566451
Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı artmaqda davam edir

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı 2 milyon 51 mini, infeksiyaya yoluxanların sayı 96 milyon 64 mini, virusdan müalicә olunaraq sağalanların sayı da 68 milyon 738 mini keçib.

İtaliyada epidemiya səbəbiylə son 24 saat ərzində 377 nəfərin həyatını itirməsilə ölkədə insan itkisi 82 min 554-ə çatıb. Ölkədəki yoluxmaların sayı isə 8 min 825 artaraq 2 milyon 380 min 102-yə yüksəlib.

ABŞ-da koronavirusa yoluxanların sayı 24 milyon 626 min nəfərə çatıb.

Ölkə üzrə təsdiqlənmiş koronavirus xəstəliyindən 408 min 623 nəfər dünyasını dəyişib.

ABŞ prezidenti Donald Tramp 2020-ci ilin mart ayında Şengen bölgəsindəki Avropa ölkələrilə yanaşı, İngiltərə, İrlandiya və Braziliyadan ABŞ-a səyahət edən xarici vətəndaşların səyahət qadağalarını ləğv edib. ABŞ prezidenti seçilən Co Baydenin Ağ Ev sözçüsü Cen Psaki "Twitter" hesabında "Səhiyyə qrupunun tövsiyəsinə uyğun olaraq rəhbərliyin həmin səyahət qadağalarını 26 yanvarda ləğv etmə kimi bir niyyəti yoxdur, əksinə "Covid-19"un yayılmasının qarşısını almaq üçün beynəlxalq səyahət mövzusundakı ictimaiyyət sağlığı tədbirlərini artırmağı planlaşdırırıq" bəyanatını verib.

Braziliyada "Covid-19"dan ölənlərin sayı 210 min 328-ə yüksəlib. Ölkədəki yoluxmaların sayı 8 milyon 512 minə çıxıb.

Meksikada epidemiya səbəbiylə ölənlərin sayı 141 min 248-ə, yoluxmaların sayı isə 1 milyon 649 minə yüksəlib.

İngiltərədə virus səbəbiylə ölənlərin sayı 89 min 860, yoluxanların sayı isə 3 milyon 433 min olub.

Fransada virusdan ölənlərin sayı 70 min 686, virusa yoluxanların sayı isə 2 milyon 914 minə tapıldı. çıxıb. Prezident Emmanuel Makronun "Covid-19" peyvəndi ilə bağlı yalnız Baş nazir Jan Kasteks səhiyyə haziri Olivier Veran, sənaye naziri Agnes Pannier-Runaçer və Hökumət sözçüsü Qabriel Attala bir açıqlama verməyə icazə verdiyi,  digər nazirlərin açıqlama verəcəyi təqdirdə istefalarını gözlədiyi ifadə edilib.

"Covid-19" səbəbiylə İspaniyada ölənlərin sayı 53 min 769 olub. Ölkədə xəstələrin sayı 2 milyon 914 minə çıxıb.

Almaniyada epidemiyada insan itkisi 48 min 105-ə, yoluxmaların sayı isə 2 milyon 59 minə yüksəlib.

Hindistanda epidemiya səbəbiylə ölənlərin sayı 152 min 593-ə yüksəlib. Ölkədəki yoluxmaların sayı isə 10 milyon 582 minə çıxıb.
Rusiyada "Covid-19" səbəbiylə son 24 saat ərzində 586 nəfər ölüb. Beləliklə, ölkədə virus səbəbiylə ölənlərin sayı 66 min 623-ə yüksəlib. Bir gündə 21 min 734 yoluxma aşkarlanıb və yoluxmaların sayı 3 milyon 612 minə yüksəlib.

Yaponiyada "Covid-19" səbəbiylə ölüm sayı 4 min 501-ə, yoluxmaların sayı 328 min 294-ə yüksəlib. Baş nazir Suga Yoşihide ölkədə "Covid-19"-un ən qısa müddətdə nəzarətə götürüləcəyi, Tokio Olimpiadası və Paralimpiya Oyunlarını keçirmək qərarını davam etdirmək üçün vəd verib.

Çində bu günə qədər epidemiya səbəbiylə 4 min 635 nəfər ölüb, 88 min 454 yoluxma aşkarlanıb. Son 24 saat ərzində ölkədə 12-si xaricdən olan 118 yeni koronavirus hadisəsi aşkarlanıb.



Әlaqәli Xәbәrlәr