İndoneziyada baş verən zəlzələ nəticəsində həyatını itirənlərin sayı 56 nəfərə çatıb

İndoneziyanın Sulavesi adasında baş verən zəlzələ nəticəsində ölənlərin sayı 56 nəfərə çatıb.

1565024
İndoneziyada baş verən zəlzələ nəticəsində həyatını itirənlərin sayı 56 nəfərə çatıb

İndoneziyanın Sulavesi adasında baş verən zəlzələ nəticəsində ölənlərin sayı 56 nəfərə çatıb. Təbii fəlakət nəticəsində 800-dən çox adam da xəsarət alıb. Xəsarət alan 201 nəfərin müalicəsi xəstəxanada davam etdirilir. 

Zəlzələ nəticəsində dağılan binalarda axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Qeyd edək ki, yanvarın 15-də İndoneziyanın Sulavesi adasında yerli vaxtla saat 01.28-də 6,2 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Mejene şəhərinin 6 kilometr şimal-şərqində, ocağı isə yerin 10 kilometr dərinliyində yerləşib. Yeraltı təkanlar Palu və Makasar şəhərlərində də hiss edilib. 



Әlaqәli Xәbәrlәr