Dünyada koronavirusdan ölәnlәrin sayı iki milyonu keçib

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı 2 milyon 31 mini, infeksiyaya yoluxanların sayı 94 milyon 900 mini, virusdan müalicә olunaraq sağalanların sayı da 67 milyon 700  mini keçib.

1565079
Dünyada koronavirusdan ölәnlәrin sayı iki milyonu keçib

 

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı 2 milyon 31 mini, infeksiyaya yoluxanların sayı 94 milyon 900 mini, virusdan müalicә olunaraq sağalanların sayı da 67 milyon 700  mini keçib.

Amerika Birlәşmiş Ştatlarında epidemiya qurbanlarının sayı 405 min 251 minә, infeksiyaya yoluxanların sayı da 25 milyon 306 min 43-ә yüksәlib.

İtaliyada koronavirus qurbanlarının sayı gün әrzindә 475  artaraq 81 min 800-ә, infeksiyaya yoluxanların sayı da 16 min 310  artaraq 2 milyon 368 min 733-ә çatıb.

Fransada epidemiya sәbәbindәn ölәnlәrin sayı 70 min 142-yә, virusa yoluxanların sayı da 2 milyon 894 min 347-yә yüksәlib.

Portuqaliyada koronavirus qurbanlarının sayı gün әrzindә 166 artaraq  8 min 709-a, infeksiyaya yoluxanların sayı da 11 min artaraq 539 min 416-ya çatıb.Mәlumata görә, ölkәnin maliyyә naziri Joao Leao koronavirusa yoluxub.

Avstriyada koronavirusdan ölәnlәrin sayı 7 min 53-ә, infeksiyaya yoluxanların sayı da 392 min 511-ә çatıb. Mәlumata görә, paytaxt Vyanada virusla bağlı görülәn tәdbirlәrin aradan qaldırılması ilә әlaqәdar etiraz aksiyası keçirilib.

Epidemiya nәticәsindә gün әrzindә Braziliyada 1050, Meksikada 1219, Argentinada 68, Kolumbiyada 388, Çilidә 66, Ekvadorda 43, Boliviyada 25, Quatemalada 43vә  Panamada 49 nәfәr hәyatını itirib. Belәliklә  Braziliyada epidemiya qurbanlarının sayı  209 min 350-yә, Meksikada 140 min 241-ә, Argentinada 45 min 295-ә, Kolumbiyada 48 min 256-ya, Çilidә 17 min 435-ә, Ekvadorda 14 min 316-ya, Boliviyada 9 min 596-ya, Qvatemalada 5 min 220-yә vә Panamada 4 min 768-ә çatıb.

Hindistanda epidemiya sәbәbindәn hәyatını itirәnlәrin sayı 152 min 311-ә, infeksiyaya yoluxanların sayı da 10 milyon 559 min 710-na yüksәlib.

Cәnubi Afrika Respublikasında koronavirusdan ölәnlәrin sayı gün әrzindә 384 artaraq 36 min 851-ә, infeksiyaya yoluxanların sayı da 1 milyon 325 min 659-a çatıb.

Pakistanda koronavirusdan ölәnlәrin sayı 10 mini, infeksiyaya yoluxanların sayı da 500 mini keçib.

 

 



Әlaqәli Xәbәrlәr