ÜST beynəlxalq səfərlər üçün peyvənd pasportuna etirazını bildirib

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) beynəlxalq səfərlər üçün peyvənd pasportuna etirazını bildirib.

1564772
ÜST beynəlxalq səfərlər üçün peyvənd pasportuna etirazını bildirib

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) beynəlxalq səfərlər üçün peyvənd pasportuna etirazını bildirib.

ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesus təşkilatın Cenevrədəki qərargahında videokonfrans metodu ilə mətbuat kofransı keçirib.

Qebreyesus "Covid-19" peyvəndləri üçün qlobal həmrəyliyə çağıraraq deyib ki, "Tibb işçiləri tükəndi və səhiyyə sistemləri zəiflədi. Bəzi ölkələrdə oksigen ehtiyatlarının təhlükəli dərəcədə azaldığını görürük".

Qebreyesus ÜST Təcili Komitəsinin bu həftə keçirilən iclasında "Covid-19" peyvəndlərinin dünya miqyasında bərabər paylanmasının lazım olduğunu vurğulamasından məmnun olduğunu bildirib.

Qebreyesus peyvəndin səhiyyə işçiləri və ən yüksək risk qrupundakı insanlara tətbiq edilməsinin vacibliyini də vurğulayıb.

Qeyd edək ki, İsveçrənin Cenevrə şəhərində növbəti iclasını keçirən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fövqəladə hallar komitəsi beynəlxalq səfərlər üçün peyvənd pasportuna etirazını bildirib. 

Komitə hələlik belə bir sənədin beynəlxalq səfərlər üçün məcburi olmasına dair tövsiyə verə bilmir. Çünki peyvənd maddələrinin təsir gücünə dair bir çox açıq sualın olması, eləcə də bazarlarda yetərincə peyvənd dozasının yoxluğu və digər məsələlər belə sərt tələbi mümkünsüz edir.



Әlaqәli Xәbәrlәr