Mali Respublikasında ölən BMT əsgərlərinin sayı artıb

Mali Respublikasının Timbuktu bölgəsində  ötən gün  həyata keçirilən terror aktında ölən sülhməramlı əsgərlərin sayı 4-ə çatıb.

1564327
Mali Respublikasında ölən BMT əsgərlərinin sayı artıb

Fildişi Sahili Baş Qərargahından verilən açıqlamada hücuma məruz qalan BMT əsgərlərinin Fildişi Sahili Respublikası  vətəndaşları olduğu və yaralı əsgərlərdən daha birinin həyatını itirdiyi bildirilib.

Xatırladaq ki, dünən Timbuktu-Douentza bölgəsində BMT əsgərlərini daşıyan maşının hədəfə götürüldüyü hücum nəticəsində 3  hərbci həyatını  itirmiş, 6-sı isə yaralanmışdı.



Әlaqәli Xәbәrlәr