İtaliyada hökumət böhranı

İtaliyada koalisiya hökumətinin ortaqlarından Italia Viva (Iv) partiyasının lideri Matteo Renzi hökumətdən çəkildiklərini açıqladı.

1563244
İtaliyada hökumət böhranı

Baş nazir Giuseppe Conteni İtaliyanın koronaviru (Kovid-19) əleyhinə mübarizə məqsədiylə  Avropa İttifaqından aldığı yardım fondundan istifadəsinə görə hökuməti tənqid və koalisiyadan  ayrılmaqda təhdid  edən  Matteo Renzi Nümayəndələr Palatasında təşkil etdiyi  mətbuat konfransı qərarını  açıqlayıb. O Kənd Təsərrüfatı və Meşəçilik Siyasətləri naziri Teresa Bellanova, Əmək və  Əhalinin  Sosial Müdafiəsi naziri Elena Bonetti, Xarici İşlər nazirinin müavini İvan Scalfarottonun  istefa məktublarını baş nazirliyə təqdim etdiklirini  bildirib.  Ölkənin problemlərinə diqqətləri  cəlb  etmək və həlli uğrunda konkret addımlar  atılmasını istədiklərini   ifadə  edən  Renzi, Baş nazir Giuseppe Contenin antidemokratik  siyasət izlədiyini vurğulayıb. 



Әlaqәli Xәbәrlәr