ABŞ Konqresində prezident Trampa qarşı impiçment qərarı qəbul edildi

ABŞ Konqresində Prezident Donald Trampın impiçmenti ilə bağlı səsvermənin nəticələri açıqlandı.

1563350
ABŞ Konqresində prezident Trampa qarşı impiçment qərarı qəbul edildi

Nümayəndələr palatasındakı səsvermədə Trampa qarşı impiçiment qərarı 232 səslə qəbul edilib. Trampa qarşı səs verənlərin siyahısında 10 respublikaçı nümayəndə də var idi. 5 nəfər səsvermədə iştirak etməyib. İmpiçment yeganə x qiyama təhrik maddəsi üzrə qəbul edilib. Konqresin Qətnaməsində deyilir ki, Prezident Trampın fəaliyyəti konstitusiya quruluşuna qarşı ağır cinayət və hərəkətlərlə bağlı müddəaya uyğundur.

Nümayəndələr Palatasında sənədin qəbulundan sonra məsələ Senatda müzakirəyə çıxarılmalıdır. Senat isə yanvarın 19-da, Co Baydenin andiçmə mərasiminə qədər tətilə çıxır.

Tramp ABŞ tarixində Nümayəndələr Palatasında impiçmenti iki dəfə müzakirəyə çıxarılmış ilk prezidentdir.



Әlaqәli Xәbәrlәr