Dünyanın yeni növ koronavirusla mübarizәsi davam edir

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı 1 milyon 970 mini keçib.

1562391
Dünyanın yeni növ koronavirusla mübarizәsi davam edir

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı 1 milyon 970 mini keçib. İnfeksiyaya yoluxanların sayı 92 milyon 22 min, virusdan müalicә olunaraq sağalanların sayı da 65 milyon 865 mindən yuxarıdır.

İngiltərədə virus səbəbiylə son 24 saat ərzində 1243 insan həlak olub, 45 min 533 nəfərdə isə virus aşkarlanıb. Epidemiyada ölənlərin sayı 83 min 203, virusa yoluxmuşların sayı isə 3 milyon 164 min 51 olub.

İtaliyada son 24 saat ərzində epidemiya səbəbiylə 616 nəfərin həyatını itirməsilə ölənlərin 79 min 819-a yüksəlib. Virusa yoluxanların sayı 14 min 242 artaraq 2 milyon 303 min 263 nəfərə çatıb. Ölkədə penvənd vurulanların sayı 731 min 539 nəfər təşkil edib.

Epidemiyada insan itkisinin 130 olduğu Somalidə paytaxt Mogadişoda 26 noyabrdan bəri ilk dəfə 3 nəfərdə "Covid-19" virusu aşkarlanıb. Ölkədə virusa yoluxanların sayı 4 min 726 olub.

Bu arada, Almaniyanın cənub-qərbində yerləşən Baden-Vürttemberq federal əyalətində ilk dəfə olaraq koronavirusun Cənubi Afrikada mutasiya etmiş ştammı - “B.1.351” aşkar edilib.

Bununla bağlı yayılan məlumata görə, koronavirusun sözügedən növünə yoluxanlar ötən il dekabrın 13-də Cənubi Afrikadan ölkəyə gəliblər. 

ABŞ "Covid-19"dan insan itkisi 389 min 621 olub. Ölkədə virusa yoluxanların sayı 23 milyon 369 min olaraq qeyd alınıb. Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi 26 yanvar tarixindən etibarən ölkəyə hava yolu ilə gələnlərdən mənfi "Covid-19" test nəticələrinin istəniləcəyini açıqlayıb. Ölkədə davam edən "Covid-19" peyvənd proqramında üstünlük verilən qruplar üçün çox sərt qaydalar səbəbindən peyvənd dozaları boşa getməyə başladığı üçün ştatların səlahiyyətliləri qaydaları yumşaltmağa başlayıb.

Braziliyada "Covid-19"dan ölənlərin sayı 204 min 726-ya yüksəlib. Ölkədə xəstələrin sayı 8 milyon 195 min olub.

Meksikada epidemiya səbəbiylə ölənlərin sayı 135 min 682-yə, xəstələrin sayı isə 1 milyon 556 minə yüksəlib.



Әlaqәli Xәbәrlәr