Cavad Zərif Pompeonun Əl-Qaidə ilə bağlı ittihamlarına cavab verib

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ın Dövlət katibi Mayk Pompeonun Tehrana qarşı Əl-Qaidə terror qruplaşması ilə bağlı səsləndirdiyi ittihamları uydurma adlandırıb.

1562399
Cavad Zərif Pompeonun Əl-Qaidə ilə bağlı ittihamlarına cavab verib

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ın dövlət katibi Mayk Pompeonun Tehrana qarşı Əl-Qaidə terror qruplaşması ilə bağlı səsləndirdiyi ittihamları uydurma adlandırıb.

Cavad Zərif bu barədə “Twitter” hesabında yazıb.

Pompeonun 2019-cu ilin aprel ayında Texas A&M universitetində etdiyi çıxışda "Men CIA direktoruyam. Yalan danışdıq, aldatdıq və oğurladıq" ifadələrinə isnad edən Zərif "Yalan danışdığını, aldatdığını, oğurladığını etiraf edərək, fəlakətli karyerasını daha çox hərb təhrikedici yalanlarla acınacaqlı şəkildə sona çatdırır. Heç kəs inanmaz. 11 sentyabrdakı (ABŞ-dakı  Əl-Qaidə hücumu) terrorçular Pompeonun Orta Şərqdəki favorit yerlərindən gəldi. Heç biri İrandan deyil" ifadələrini işlədib. 

Qeyd edək ki, daha əvvəl ABŞ-ın Dövlət katibi Mayk Pompeo İranı Əl-Qaidənin yeni bazası olduğunu demişdi. O, əlavə etmişdi ki, Əl-Qaidənin hazırkı lideri Ayman əz-Zəvahiri hazırda İrandadır.

ABŞ-ın "New York Times" qəzeti, 14 noyabr 2020-ci il tarixində adı açıqlanmayan kəşfiyyat səlahiyyətlilərinə əsaslandırdığı xəbərində terror təşkilatı Əl-Qaidənin ikinci nömrəli adının İranda ABŞ adından hərəkət edən İsrail casusları tərəfindən həyata keçirilən suiqəsd nəticəsində öldürüldüyünü iddia etmişdi.

ABŞ-ın dövlət katibi Pompeo verdiyi yazılı açıqlamada İranın Əl Qaidə terror təşkilatına ölkədə yeni əməliyyat mərkəzləri yaratma icazəzi verdiyini iddia edərək, Əl-Qaidənin İrandakı 5 liderini "Xüsusi Qlobal Terrorçu" siyahısına daxil etdiklərini elan etmişdi.

Pompeo İranın Əl-Qaidənin "yeni bazası" olduğunu iddia etmişdi.



Әlaqәli Xәbәrlәr