ABŞ prezidenti Trampın “YouTube” hesabı bloklandı

“Google”a aid “YouTube” şirkəti ABŞ Prezident Donald Trampın video platformadakı hesabını blokladı.

1562607
ABŞ prezidenti Trampın “YouTube” hesabı bloklandı

Keçən həftə tərəfdarlarını konqres binasına daxil olmağa təşviq etməkdə günahlandırıldıqdan sonra Prezident Donald Trampın video platformadakı hesabı müvəqqəti dondurulub.

Şirkətdən bildirilib ki, minimum yeddi gün ərzində kanala yeni məzmun yükləmənin qarşısı alınacaq və videoların altındakı şərhlər həmişəlik silinəcək.

Bu addım ABŞ prezidentinin həm “Twitter”, həm də “Facebook” hesabına qadağa qoyulduqdan sonra atılıb

 



Әlaqәli Xәbәrlәr