Dünyada koronavirusla bağlı son vәziyyәt (12 yanvar)

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı 1 milyon 900 mini, infeksiyaya yoluxanların sayı 90 milyon 170  mini, virusdan müalicә olunaraq sağalanların sayı da 65 milyon 63  mini keçib.

1561671
Dünyada koronavirusla bağlı son vәziyyәt (12 yanvar)


Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı 1 milyon 900 mini, infeksiyaya yoluxanların sayı 91 milyon 375  mini, virusdan müalicә olunaraq sağalanların sayı da 65 milyon 390  mini keçib.

İspaniyada koronavirus epidemiyasından ölәnlәrin sayı  son üç gündә 401 artaraq 52 min 275-ә, infeksiyaya yoluxanların sayı da 61 min 422 artaraq 2 milyon 111 min 782-yә çatıb. Ölkәdә virusa yoluxanların sayı artmaqda davam edir.Bu sәbәblә rәsmilәr әlavә tәdbirlәr görmәyә başlayıb.

Portuqaliya Sәhiyyә Nazirliyi ölkәdә  koronavirusdan ölәnlәrin sayının gün әrzindә 122 artaraq 7 min 925-ә, infeksiyaya yoluxanların sayının isә 5 min 604 artaraq 489 min 293-ә yüksәldiyini açıqlayıb.

Livanda koronavirus qurbanlarının sayı 1629-a, infeksiyaya yoluxanların sayı da 222 min 391-ә çatıb.Ölkәdә epidemiya sәbәbindәn 14 yanvardan etibarәn fövqәladә vәziyyәt rejiminin elan edilәcәyi bildirilib.Mәlumata görә, fövqәladә vәziyyәt rejimi 10 gün qüvvәdә olacaq. Fövqәladә vәziyyәt rejimi çәrçivәsindә dövlәt qurumları vә mәktәblәr fәaliyyәtini dayandıracaq.

Epidemiyanın mәrkәzinә çevrilәn Amerika Birlәşmiş Ştatlarında koronavirusdan vәfat edәnlәrin sayı 385  min 249-a, infeksiyaya yoluxanların sayı da  23 milyon 143  min 197-ә  yüksәlib.Ölkәdә 2 milyondan çox uşağın virusa yoluxduğu bildirilib.

İngiltәrәdә koronavirus qurbanlarının sayı gün әrzindә 529 artaraq 81  min 960  nәfәrә yüksәlib. Ölkәdә virusa yoluxanların sayı isә 3 milyon 118  min 518  nәfәrә çatıb.

İtaliyada koronavirus qurbanlarının sayı gün әrzindә 448 artaraq 79 min 203-ә, infeksiyaya yoluxanların sayı da 12 min 532  artaraq 2 milyon 289 min 21-ә çatıb.

Fransada koronavirusdan ölәnlәrin sayı 68 min 60-a,  infeksiyaya yoluxanların sayı da 2 milyon 786 min 838 nәfәrә çatıb.

Polşada koronavirus qurbanlarının sayı 31 mini, infeksiyaya yoluxanların sayı da 390 mini keçib.

Ekvadorda koronavirusdan ölәnlәrin sayı 14 min 184-ә, virusa yoluxanların sayı da 221 min 506-ya yüksәlib.

Kolumbiyada koronavirusdan vәfat edәnlәrin sayı 46 mini, epidemiyaya yoluxanların sayı da 1 milyon 786 min 900-ә çatıb.

Kanadada son beş gündә koronavirusdan ölәnlәrin sayı 724 artaraq 17 min 41-ә, virusa yoluxanların sayı da 41 min 514 artaraq 666 min 67-yә yüksәlib. 

Afrika qitәsindә koronavirusdan hәyatını itirәnlәrin sayı 72 min 847-yә, infeksiyaya yoluxanların sayı da 3 milyon 70 min 446-ya çatıb.

İordaniyada virusdan ölәnlәrin sayı 4 min 43-ә, Küveytdә 945-ә, Bәhreyndә isә 356-ya yüksәlib.

Özbәkistanda koronavirus qurbanlarının sayı 617-yә, infeksiyaya yoluxanların sayı da 77 min 663-ә çatıb.

İndoneziyada koronavirusdan ölәnlәrin sayı 24 mini, İraqda 12 mini vә Pakistanda isә 10 mini keçib. 



Әlaqәli Xәbәrlәr