Dünyada koronavirusa yoluxanların sayı 90 milyonu keçib

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı bir milyonu, infeksiyaya yoluxanların sayı 90 milyonu, virusdan müalicә olunaraq sağalanların sayı da 64 milyonu keçib.

1560641
Dünyada koronavirusa yoluxanların sayı 90 milyonu keçib

 

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı bir milyonu, infeksiyaya yoluxanların sayı 90 milyonu, virusdan müalicә olunaraq sağalanların sayı da 64 milyonu keçib.

Epidemiyanın mәrkәzinә çevrilәn Amerika Birlәşmiş Ştatlarında koronavirusdan vәfat edәnlәrin sayı 381  min 480-ә, infeksiyaya yoluxanların sayı da  22 milyon 699  min 938-ә  yüksәlib.Ölkәdә 2 milyondan çox uşağın virusa yoluxduğu bildirilib.

İngiltәrәdә koronavirus qurbanlarının sayı  80  min 868  nәfәrә yüksәlib. Ölkәdә virusa yoluxanların sayı isә 3 milyon 17  min409  nәfәrә çatıb.Kraliça II Elizabet vә hәyat yoldaşı Edinburq hersoqu Filipә koronavirus әleyhinә peyvәnd tәtbiq edilib.

Fransada koronavirusdan ölәnlәrin sayı 67 min 599-a,  infeksiyaya yoluxanların sayı da 2 milyon 767 min 312 nәfәrә çatıb.

Meksikada koronavirusdan ölәnlәrin sayı 133 mini, virusa yoluxanların sayı da bir milyonu keçib.

Katoliklәrin ruhani lideri Papa Fransisk koronavirus әleyhinә peyvәn olunacağını açıqlayıb. Vatikanda gәlәn hәftәdәn etibarәn vaksinasiya prosesinin başlayacağı bildirilib.

Hindistanda koronavirus qurbanlarının sayı 151 min 48-ә, infeksiyaya yoluxanların sayı da 10 milyon 451  min 346-ya çatıb.

Yaponiyada koronavirusdan vәfat edәnlәrin sayı 4 min 35-ә, infeksiyaya yoluxanların sayı da 283 min 385-ә çatıb. Yaponiya Baş naziri Suqa Yoşihidi Okasa vә Kyoto әyalәtlәrindә fövqәladә vәziyyәt rejiminin ela edilә bilәcәyini deyib.



Әlaqәli Xәbәrlәr