C. Borrel R.T.Әrdoğan ilә U.Leyen arasında baş tutan görüşlә bağlı paylaşım edib

Rәcәb Tayyib Әrdoğan ilә Ursula von der Leyenin keçirdiyi ‘‘faydalı’’ görüşә qatıldığını bildirәn Cozef Borrel deyib: ‘‘Türkiyә ilә dialoq yaratmaq üçün işlәmәyә hazırıq’’.

1560606
C. Borrel R.T.Әrdoğan ilә U.Leyen arasında baş tutan görüşlә bağlı paylaşım edib

 

Avropa İttifaqının xarici әlaqәlәr vә tәhlükәsizlik siyasәti üzrә ali nümayәndәsi Cozef Borrel Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan vә Avropa İttifaqı Komissiyasının sәdri Ursula von der Leyen arasında videokonfrans formatında baş tutan görüşlә bağlı rәsmi internet sәhifәsindә paylaşım edib.

Rәcәb Tayyib Әrdoğan ilә Ursula von der Leyenin keçirdiyi ‘‘faydalı’’ görüşә qatıldığını bildirәn Cozef Borrel deyib: ‘‘Türkiyә ilә dialoq yaratmaq üçün işlәmәyә hazırıq’’.

Avropa İttifaqı Komissiyasının sәdri Ursula von der Leyen dә görüşdәn sonra rәsmi internet sәhifәsindә etdiyi paylaşımda Türkiyә prezidenti ilә çox yaxşı görüş keçirdiklәrini ifadә edәrәk görüşdә ‘‘Covid-19’’ epidemiyası, iqtisadi dirçәliş vә Avropa İttifaqı Şurasının 2020-ci ilin dekabr ayında  keçirdiyi iclası müzakirә etdiklәrini bildirib.

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlunun yanvarın 21-dә Brüsselә sәfәr etmәsi gözlәnilir.



Әlaqәli Xәbәrlәr