"Twitter" Trampın şəxsi hesabına girişi daimi əsasda bağlayıb

"Twitter" sosial şəbəkəsinin rəhbərliyi şiddətə səbəb ola biləcəyindən narahat olduğu üçün ABŞ-ın hazırkı prezidenti Donald Trampın şəxsi hesabına girişi daimi əsasda bağlayıb.

1560313
"Twitter" Trampın şəxsi hesabına girişi daimi əsasda bağlayıb

"Twitter" sosial şəbəkəsinin rəhbərliyi zorakılığa səbəb ola biləcəyindən narahat olduğu üçün ABŞ-ın hazırkı prezidenti Donald Trampın şəxsi hesabına girişi daimi əsasda bağlayıb.

Bu barədə şəbəkə rəhbərliyinin açıqlamasında deyilir.

Bildirilib ki, zorakılığa yeni təhrik etmə təhlükəsi səbəbindən hesab daimi olaraq dayandırılıb. Qərar Amerika liderinin "hesabındakı son mesajları diqqətlə nəzərdən keçirilməsindənsonra verilib. Hazırda Trampın hesabına giriş yoxdur.

Respublikaçı prezident həmçinin "Twitter"ə alternativ platforma yaratmaq imkanını açıqlayıb. Tramp müvafiq mesajı ABŞ prezidentinin rəsmi "Twitter" səhifəsində yerləşdirib.

Tramp "Twitter" hesabının bağlanacağını təxmin etdiyini bildirərək, "Bir çox digər sayt ilə əlaqədə idik və yaxın zamanda böyük bir elanımız olacaq. Həmin zamanda yaxında öz platformamızı qurma ehtimallarını da qiymətləndiririk. Bizi susdura bilməyəcəksiniz" mesajını paylaşıb. 

Paylaşımdan qısa müddət sonra "Twitter" Trampın bu paylaşımını da silib.

"Twitter" Trampın seçki kampaniyası tərəfindən istifadə olunan "TeamTrump" adlı hesabı da dayandırıb. Bu addımın hesabdan Trampın "Twitter"a reaksiya göstərdiyi açıqlamanı paylaşmasından sonra elan edilməsi diqqət çəkib. 

"Twitter" yanvarın 6-da Konqresə edilən basqından sonra Trampın hesabını 12 saat müddətində bağlamış və zorakılığa təşviq edən paylaşımlar davam edəcəyi təqdirdə hesabın bağlanacağını elan etmişdi.



Әlaqәli Xәbәrlәr