İndoneziyada sərnişin təyyarəsinin dənizə düşdüyü bildirilib

İndoneziyada “Srivijaya” Hava Yollarına aid sərnişin təyyarəsinin dənizə düşdüyü bildirilib.

1560439
İndoneziyada sərnişin təyyarəsinin dənizə düşdüyü bildirilib
Sriwijaya Havayollari ucak dustu.jpg
Sriwijaya Havayollari.jpg

İndoneziyada “Srivijaya” Hava Yollarına aid sərnişin təyyarəsinin dənizə düşdüyü bildirilib.

Nəqliyyat naziri Budi Karya Sumadi təşkil etdiyi mətbuat konfransında havaya qalxdıqdan təqribən 5 dəqiqə sonra əlaqənin kəsildiyi və göyərtəsində 12 nəfərdən ibarət heyət və 50 sərnişinin olan "SJ182" sərnişin təyyarəsinin paytaxt Cakartanın şimal sahilindəki Laki və Lancang adası arasındakı nöqtəyə düşdüyünü bildirib.

Sumadi təyyarənin düşdüyü bölgədə ətraflı axtarış və xilasetmə işlərinin başladığı barədə məlumat verib. 

Təyyarənin bəzi hissələrinin dənizdə tapıldığını göstərən görüntülər yerli mediada da paylaşılıb.

Son əlaqənin yerli vaxtla 14.40-da saxlanıldığı təyyarənin paytaxt Cakarta-Pontianak reysini yerinə yetirmək üçün havaya qalxdığı açıqlanmışdı.



Әlaqәli Xәbәrlәr