İndoneziyada sərnişin təyyarəsi ilə əlaqə kəsilib

İndoneziyanın Nəqliyyat Nazirliyinin mətbuat katibi Adita Irawati bildirib ki, “Srivijaya” Hava Yollarına aid sərnişin təyyarəsi havaya qalxandan 5 dəqiqə sonra onunla əlaqə kəsilib.

1560406
İndoneziyada sərnişin təyyarəsi ilə əlaqə kəsilib

İndoneziyada sərnişin təyyarəsi ilə əlaqə kəsilib.

İndoneziyanın Nəqliyyat Nazirliyinin mətbuat katibi Adita Irawati bildirib ki, “Srivijaya” Hava Yollarına aid sərnişin təyyarəsi havaya qalxandan 5 dəqiqə sonra onunla əlaqə kəsilib.

Onun sözlərinə görə, Cakarta-Pontianak reysini yerinə yetirən təyyarənin koordinatının müəyyən edilməsi üçün işlər aparılır.

Adita Irawati təyyarənin ekipaj üzvü və sərnişin sayı barədə məlumat verməyib.

Qeyd edək ki, İndoneziyanın “Lion Air” şirkətinə məxsus “Boeing 737 MAX 8” təyyarəsi 29 oktyabr 2018-ci ildə qəzaya uğrayıb. Təyyarə Sumatra adasındakı Panqkal Pinang şəhərinə getmək üçün qalxdıqdan qısa müddət sonra dənizə düşmüşdü. Qəzada 189 nəfər ölmüşdü. 



Әlaqәli Xәbәrlәr