Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı 1 milyon 922 mini keçib

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı 1 milyon 924 min 370-i keçib.

1560293
Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı 1 milyon 922 mini keçib

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı 1 milyon 924 min 370-i keçib. İnfeksiyaya yoluxanların sayı 89 milyon 471 min, virusdan müalicә olunaraq sağalanların sayı da 64 milyon 123 mindən yuxarıdır.

Hindistanda epidemiya səbəbiylə ölənlərin sayı 150 min 850-yə, virusun yoluxduğu insan sayı isə 10 milyon 433 min 549-a yüksəlib.

İnsan itkisinin 8 min 29 olduğu və virusa yoluxma hallarının sayının 146 min 809 olaraq qeydə alındığı Misirdə, Əl-Əzhər Təşkilatı "Covid-19" qaynaqlı həyatını itirənlərin "şəhid" olduqları barədə fətva verib.

Çinin paytaxtı Pekində son günlərdə yoluxma hallarının sayı artdıqdan sonra məbədlər müvəqqəti olaraq bağlanıb və genişmiqyaslı bayram tədbirləri bir ay müddətinə dayandırılıb. Qonşu Hıbey əyalətində qeydə alınan yoluxma faktlarının sayının çox olması səbəbindən Pekindən Hıbey Şıciacuang şəhərinə gedən bəzi magistral yolların giriş və çıxışları bağlanıb. Şəhərdəki bir çox daxili və xarici reys ləğv edilib. "Covid-19"un ortaya çıxdığı Çində bu günə qədər 4 min 634 nəfər ölüb, 87 min 331 yoluxma hadisəbi aşkarlanıb.

Rusiyada son 24 saat ərzində daha 23 min 309 nəfər yeni növ koronavirusa yoluxub.

Ölkədə "Covid-19"a yoluxanların sayı 3  milyon 379 min 103 nəfərə çatıb.

Son 24 saat ərzində 470 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 61 min 381 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

Almaniyada son 24 saat ərzində yeni növ koronavirus infeksiyasına 24 min 694 yoluxma halı qeydə alınıb, 1083 nəfər vəfat edib.

Bununla da Almaniyada indiyə qədər ümumilikdə 1 milyon 891 min  581 nəfər koronavirusa yoluxub, onlardan 39 min 878 nəfər ölüb.

Koronavirusa yoluxanlardan 1.5 milyonu artıq sağalıb.

 



Әlaqәli Xәbәrlәr