Qətər hava yolları Səudiyyə Ərəbistanının hava məkanından uçuşlarını bərpa etdi

Qətər hava yolları (Qatar Airways) Körfəz böhranının həllindən sonra təxminən 3,5 il sonra Səudiyyə Ərəbistanının hava sahəsindən uçuşlarını bərpa etdiyini bildirib.

1559742
Qətər hava yolları Səudiyyə Ərəbistanının hava məkanından uçuşlarını bərpa etdi

Qətər hava yolları (Qatar Airways) Körfəz böhranının həllindən sonra təxminən 3,5 il sonra Səudiyyə Ərəbistanının hava sahəsindən uçuşlarını bərpa etdiyini bildirib.

Şirkətin rəsmi "Twitter" yer alan məlumatda "Qətər hava yolları bu axşamdan etibarən bəzi uçuşlarını Səudiyyə Ərəbistanının hava sahəsindən istiqamətləndirməyə başladı" ifadələri yer alıb.

Məlumatda Səudiyyə Ərəbistanının hava məkanından istifadə edildiyi ilk uçuşun bu gün yerli vaxtla saat 20:45-də Dohadan Yohannesburqa reallaşdığı ifadə edilib.

Qeyd edək ki, şirkət 5 iyun 2017-ci ildə Körfəz bölgəsində başlayan böhranla Səudiyyə Ərəbistanının hava məkanından uçuşları dayandırmışdı.

Küveytin xarici işlər naziri Əhməd Nasser Məhəmməd es-Sabah 4 yanvarda Səudiyyə Ərəbistanı ilə Qətər arasında quru, dəniz və hava sərhədlərinin açılması barədə razılığın əldə edildiyini elan edib.

Səudiyyə Ərəbistanı xarici işlər naziri Faisal bin Farhan Al Suud 5 yanvarda Əl-Ula şəhərində təşkil edilən 41-ci Körfəz Əməkdaşlıq Şurasının Sammitində Qətərə embarqo qoyan ölkələrin Doha ilə diplomatik əlaqələr qurduqlarını və embarqonu ləğv etdiklərini bildirib.

Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misir 5 iyun 2017-ci il tarixində "terror qruplarını dəstəkləmək" ittihamı və bu ölkəyə iqtisadi embarqo qoymaqla Qətərlə bütün diplomatik münasibətlərini kəsmişdilər.

Qətər bu ölkələrin bütün ittihamlarını rədd etsə də, bu, Körfəz bölgəsində böhrana səbəb olmuşdu.



Әlaqәli Xәbәrlәr