Dünyanın yeni növ koronavirusla mübarizәsi davam edir

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı 1 milyon 903 mini keçib.

1559562
Dünyanın yeni növ koronavirusla mübarizәsi davam edir
koronavirüs.jpg

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı 1 milyon 907 min 73-ü keçib. İnfeksiyaya yoluxanların sayı 88 milyon 528 min, virusdan müalicә olunaraq sağalanların sayı da 63 milyon 623 mindən yuxarıdır.

ABŞ-da koronavirus qaynaqlı insan itkisi 374 min 124 olub. Ölkәdә virusa yoluxan insan sayı isә 22 milyon 132 mindir. Xәstәliklәrә Nәzarәt vә Qarşısının Alınması Mәrkәzi yanvar ayının axırınadәk ölkәdә "Covid-19" qaynaqlı ölüm hallarının sayının 438 minә çata bilәcәyi barәdә xәbәrdarlıq edib. 

"Covid-19"dan 208 nəfərin öldüyü Şri Lankada hökumət uzun müddətdir müzakirə edilən 'epidemiyada ölənlərin cəsədlərini dini ayrı-seçkilik etmədən krematoriyalarda yandırılması' əməliyyatını davam etirəcəyini açıqlayıb. Ölkədə virusdan ölənlərin əksəriyyətini müsəlmanlar təşkil edir.
İngiltərədə virus səbəbindən son 24 saat ərzində 1162 nəfər həlak olub. Bununla da ölkədə insan itkisi 78 min 508 olub. 52 min 618  yeni yoluxma faktının qeydə alanması ilə virusun yoluxduğu insan sayı isə 2 milyon 889 min 419-a yüksəlib. Ölkədə 21 apreldən bəri ən yüksək gündəlik insan itkisi dünən qeydə alınıb.

Fransada virusla mübarizə çərçivəsində yerli vaxtla saat 20:00-06:00 arasında tətbiq olunan qadağan saatı 20 yanvar tarixinədək uzadılıb.

Braziliyada son 24 saat ərzində daha 87 min 843 nəfərin koronavirus infeksiyasına yoluxması, 1524 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

İndiyədək Braziliyada koronavirusa ümumilikdə 7 milyon 961 min 673 nəfər yoluxub. Bu müddət ərzində 200 min 498 koronaviruslu xəstə dünyasını dəyişib.

İspaniyada isə epidemiyanın əvvəlindən bəri təsdiqlənmiş koronavirusa yoluxma hallarının sayı 2 milyonu keçib.

Ölkədə epidemiyanın əvvəlindən indiyədək təxminən 51 min 7 nəfər virusun qrubanı olub.



Әlaqәli Xәbәrlәr