Kosovoda parlament ləğv edildi

Kosovoda milli məclis ləğv edilərək 14 Fevralda növbədənkənar seçkilərin keçirilməsi qərarına gəlinib.

1559086
Kosovoda parlament ləğv edildi

Bu barədə Kosovo Məclis sədri Vyosa Osmani məlumat verib: “Kosovo Mərkəzi Seçki Komissiyasına seçkilərin təşkili və keçirilməsi üçün lazımi tədbirlərin görülməsi üçün təlimat verdim”.

Xatırladaq ki, Kosovo Prezidenti Haşim Taçi, keçən ilin noyabrında Laheydəki Kosova üzrə xüsusi prokurorluğun hazırladığı hərbi cinayət iddianaməsinin məhkəmə tərəfindən qəbul edilməsindən sonra vəzifəsindən istefa etdi. Taçinin istefasından sonra prezident vəzifəsini müvəqqəti olaraq Parlament sədri Vyosa Osmani öhdəsinə götürdü.



Әlaqәli Xәbәrlәr