Kosovadakı partlayışda yaralananlar Türkiyəyə gətirildi

Kosovoda Ferizovik şəhərində bir restoranda baş verən partlayışda ağır bədən xəsarəti alanlardan ikisi müalicə məqsədi ilə Türkiyəyə gətirildi.

1559164
Kosovadakı partlayışda yaralananlar Türkiyəyə gətirildi

Yaralılar prezident Rəcəb Tayyib Ərdoğanın təlimatı ilə Kosovaya göndərilən təcili yardım təyyarəsi ilə gətirilib. Türkiyə vaxtı ilə bu gün saat 08:50-də İstanbul Atatürk Havalimanına çatdırılan yaralılar cəlb olunduqları xəstəxanada müalicə olunurlar.

Xatırladaq ki, 6 yanvarda Ferizovikdə bir restoranda baş verən partlayış nəticəsində 40-dan çox adam yaralandı. Onlardan vəziyyəti ağır olan ikisi Türkiyəyə gətirilirkən 14-ü paytaxt Priştinadakı Kosovo Universiteti Klinik Mərkəzində müalicə olunur.



Әlaqәli Xәbәrlәr