Frank-Walter Steinmeier: “Vəziyyət çox ciddidir”

Almaniya prezidenti Frank-Walter Steinmeier ölkəsində yeni növ koronavirus (Kovid-19) epidemiyasını nəzarət altına almağın çətinləşdiyini və vəziyyətin çox ciddi olduğunu vurğulayıb.

1545238
Frank-Walter Steinmeier: “Vəziyyət çox ciddidir”

Federal və əyalət hökumətlərin  Çərşənbə günündən etibarən həyata keçiriləcək qadağa və məhdudiyyətlərin ağırlaştırılmasına dair qəbul etdikləri qərara dəstək verən prezident Steinmeier mövzu ilə bağlı açıqlamasında: “Bir həftədə minlərlə insan həyatını itirib. Əlavə məhdudiyyətlərin tətbiqi vacibdir. Bu günə kimi həyata keçirilən tədbirlər kifayət etmədi. Buna görə daha güçlü addımlar atmaq məcburiyyətindəyik. Çərşənbə günündən etibarən həm ictimai, həm də özəl həyatımızda Federal Cümhuriyyət tarixinin ən güclü məhdudiyyətləri ilə qarşılaşacağıq”. 24 dekabrda Milad tətilinin başlayacağını xatırladan prezident, bu dövründə təmasların minimal seviyyəyə endirilməsinə və xəstə sayının artmasına icazə verilməməsinin əhəmiyyətinə diqqət çəkib. Hər kəsdən özünü və ətrafındakıları qorumaq üçün etina göstərməsini istəyib. Əsas həfəfin yeni hadisə və xəstə sayını təcili olaraq azadmaq olduğunu, peyvənd tətbiqinin ilin əvvəlindən etibarən başlaya biləcəyinə inamının tam olduğunu vurğulayıb.



Әlaqәli Xәbәrlәr