"Haşdi Şabi"nin adı dəyişdirilir və...

İraqda “Haşdi Şabi”nin yenidən qurulmasına dair fərman yayınlanıb

1429666
"Haşdi Şabi"nin adı dəyişdirilir və...

 

  İraqda “Haşdi Şabi”nin şəhərlərdəki bütün bürolarının bağlanılması və terror təşkilatı DAEŞ-ə qarşı mübarizədə bu milis strukturlarının adlarının rəsmi hərbi adlar istifadə etməsi qərara alınıb.

  İraqda “Haşdi Şabi”nin yenidən qurulmasına dair fərman yayınlanıb. “Haşdi Şabi”nin başçısı Falih Fəyyadın imzasıyla çıxan fərmana görə, terror təşkilatı DAEŞ-ə qarşı mübarizədə aktiv olan bu quruma bağlı bütün milis qüvvələrinin adları silinərək yerinə 2019-cu ildə təyin olunan alay və ya hərbi briqada kimi rəsmi adlar istifadə ediləcək.

  “Haşdi Şabi”yə bağlı hərbi birliklərin döyüş ləvazimatı, ərazidə mövqeyi nəzərdən keçiriləcək və qurum yenidən qurulacaq.

  Yeni hərbi birliyə sünnilərdən ibarət “Haşdi Aşairi” də daxil ediləcək.

  30 gün içərisində bütün bu işlərin tamamlaması gözlənilir.



Әlaqәli Xәbәrlәr