ABŞ Haşdi Şabiyə ağır zərbələr endirib

Bu barədə yerli media orqanları məlumat yayıb.

1377552
ABŞ Haşdi Şabiyə ağır zərbələr endirib

Amerika Birləşmiş Ştatları Haşti Şabinin  İraqın  Babil, Kərbəla, Səlahəddin, Enbar və digər şəhərlərindəki mövqelərinə ağır zərbələr endirib.

Bu barədə yerli media orqanları məlumat yayıb. Məlumata əsasən, hücum zamanı Hizbullah qruplaşması da hədəf alınıb.
İraqın rəsmi orqanları mövzu ilə bağlı açıqlama verməyib.
Amerika Birləşmiş Ştatlarının Bağdad şəhərindəki Taci hərbi bazasına edilən hücumdan sonra İrana yaxınlığı ilə bilinən silahlı qruplaşmalara qarşı əməliyyat keçiriləcəyi iddia edilmişdi.

Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirliyindən verilən açıqlamada İraqda keçirilən hava əməliyyatı zamanı  Ketaib Hizbullah təşkilatına məxsus beş silah-sursat anbarının vurulduğu bildirilib.
Açıqlamada bu ifadələrə yer verilib: '' Bu obyektlər arasında ABŞ və koalisiya qüvvələrinə edilən hücumlarda istifadə edilən silahların olduğu anbarlar da var''.

Məlumatda hücumun özünümüdafiə məqsədi ilə həyata keçirildiyi bildirilib.

"Bu terror qruplaşmaları ABŞ və koalisiya qüvvələrinə qarşı  hücumlarını dayandırmalıdır. Əks təqdirdə istənilən vaxt və istədiyimiz yerdə lazımi cavabı verəcəyik'',-deyə Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirliyindən verilən açıqlamada qeyd olunub.



Әlaqәli Xәbәrlәr