Ceyms Cefri İdlib mәsәlәsini qiymәtlәndirib

Amerika Birlәşmiş Ştatlarının Suriya üzrә xüsusi nümayәndәsi Ceyms Cefri Suriyanın İdlib şәhәrindәki qarşıdurmaların dayandırılmasının vacibliyini vurğulayaraq Rusiyaya çağırış edib.

1354669

Ceyms Cefri ABŞ Dövlәt Departamentindә tәşkil edilәn mәtbuat konfransında İdlibdә yaşanan gәrginliyi qiymәtlәndirib.

Ceyms Cefri  Rusiyanın dәstәklәdiyi Bәşәr Әsәd rejimi tәrәfindәn İdlibә tәşkil edilәn hücumlar  vә İran tәrәfindәn dәstәklәnәn Hizbullah tәşkilatının  bölgәdәki fәaliyyәtlәrinә görә narahat olduqlarını deyib.

‘‘Hücumlarda yalnız Rusiyanın deyil İran vә Hizbullahın da aktiv rol oynadığını görürük’’,-deyә Amerika Birlәşmiş Ştatlarının Suriya üzrә xüsusi nümayәndәsi qeyd edib.

Ceyms Cefri Rusiyanın Amerika Birlәşmiş Ştatlarının bölgәdәki  mövcudluğunun qarşısını almaq mәqsәdilә  Suriyanın  şimalındakı tәhlükәsiz bölgә ilә bağlı şәrtlәri pozmağa davam etdiyini söylәyib.

‘‘Bu tәhlükәli toqquşma dayandırılmalıdır. Rusiya siyasәtini dәyişdirmәlidir’’,-deyә Ceyms Cefri bildirib.

Әlaqәli Xәbәrlәr