Şotlandiya İngiltərədən ayrılmaq istədiyini açıq bəyan etdi

Şotlandiyanın baş naziri və Şotlandiya Milli Partiyasının (SNP) sədri Nikola Störjen (Nicola Sturgeon) seçkilərdən zəfərlə çıxan İngiltərə baş naziri Boris Consona ölkəsini Birləşmiş Krallıqda zorla saxlaya bilməyəcəkləri xəbərdarlığını etdi.

1324339

  SNP 12 dekabrda edilən erkən seçkilərdə Şotlandiyanı parlamentdə təmsil edən 59 kürsüdən 48-ini qazanıb. Bu da Avropa İttifaqından ayrılmaq istəməyən N.Störjenin ikinci bir müstəqillik referendumuna getmək məsələsində əlini gücləndirir.

  Seçki çıxışlarında isə Conson dəfələrlə Şotlandiyada ikinci bir referenduma icazə verməyəcəyini söyləyib.

  BBC-yə müsahibəsində Şotlandiyanın baş naziri Nikola Störjen mövzu ilə bağlı belə deyib:

  "Birləşmiş Krallıq quruluşu davam edəcəksə, bu qarşılıqlı razılıqla ola bilər. İstəyi xaricində - zorla Şotlandiyanı krallıqda tuta bilməzsiniz.

  Şotlandiyada xalqın əksəriyyəti 2014-cü il referendumunda müstəqil dövlət yerinə Birləşmiş Krallıqda qalmağa səs verdi. Lakin 2016-cı ildə “Brexit” - İngiltərənin Avropa İttifaqından ayrılıb-ayrılmaması referendumunda İngiltərə və Uelsdən (Galler) fərqli olaraq Avropa İttifaqında qalmağı seçdi. O gündən bəri Şotlandiyanın yeni bir müstəqillik referendumuna ehtiyacı var. Çünki hal-hazırda Şotlandiya öz istəyi xaricində Avropa İttifaqından çıxarılıb.

  Şotlandiya xalqı artıq Birləşmiş Krallıqdan başqa bir gələcək istəyir və vətəndaşların öz gələcəklərini təyinetmə haqqı var.

  59 yerdən 48-ini qazanmağımız bizə bu məsuliyyəti yükləyib”.

Әlaqәli Xәbәrlәr