Ceyms Cefri İraqa sәfәr edәcәk

Amerika Birlәşmiş Ştatlarının Suriya üzrә xüsusi nümayәndәsi Ceyms Cefri İraqda görüşlәr keçirәcәk.

1319218
Ceyms Cefri İraqa sәfәr edәcәk

 

Amerika Birlәşmiş Ştatlarının Suriya üzrә xüsusi nümayәndәsi Ceyms Cefri İraqda görüşlәr keçirәcәk.

Amerika Birlәşmiş Ştatlarının Dövlәt Departamenti tәrәfindәn verilәn bәyanatda Cefrinin İraqa edәcәyi sәfәr ilә bağlı mәlumat verilib.

Cefri vә İraq rәsmilәri arasında baş tutacaq görüşlәrdә   DEAŞ terror tәşkilatının İraq vә Suriyadakı mәğlubiyyәtinin tәmin olunmasına dair әmәkdaşlığın  müzakirә olunacağı bildirilib.

Açıqlamada hәmçinin  DEAŞ-dan tәmizlәnәn bölgәlәrdәki sabitliyin tәmin olunması mәsәlәsi әtrafında da fikir mübadilәsinin aparılacağı vurğulanıb.

Cefrinin Bağdaddan sonra Әrbilә sәfәr edәrәk İraq Kürd Regional Rәhbәrliyi ilә bir araya gәlәcәyi bildirilib.

Mәlumatda  deyilir: ‘‘Ceyms Cefri keçirәcәyi görüşlәrdә Amerika Birlәşmiş Ştatlarının güclü vә  müstәqil İraqa vә DEAŞ-a qarşı mübarizә aparan  İraq tәhlükәsizlik qüvvәlәrinә vә peşmәrgәyә verdiyi dәstәyә diqqәt çәkәcәk’’

 

 

 



Әlaqәli Xәbәrlәr